ӘXLAQİ KEYFİYYӘTLӘRİN SӘRHӘDLӘRİNİ BİLİRSӘNMİ?..
Әxlaq – insanın zinәtidir. Әxlaqsız, әdәbsiz insan, lüt bir insan kimidir, ona dәyәr verәn, hörmәt sahibi edәn – gözәl әxlaqıdır. Hәyatda hәr bir şeyin olduğu kimi, әxlaqın – insani vәsflәrin dә öz sәrhәdlәri, kәnar xәtlәri mövcuddur.
ӘXLAQın öz sərhədləri vardır. Nə vaxt bu sərhədlər aşılacaq olsa, düşmənçilik hissləri baş qaldırar. Nə vaxt, əksinə, əxlaqdan əsirgəmələr olsa, o zaman isə (davranışlarda) naqislik baş qaldırar...
QӘZӘBin də, bir sərhədi var. O — təriflənmiş qəhrəmanlıq duyğularından xilas olmaqdır. Məhz bu, şübhəsiz ki, qəzəbin nə qədər naqis bir hissiyyat olmasını isbat edir. Qəzəblənmiş kimsə əgər sərhədi aşacaq olsa, həddi aşar və zalımlaşar. Әgər qəzəbini tamamilə ortadan qaldırsa, bu təqdirdə isə qorxaqlaşar və rəzilliyə düçar olar..
ÇALIŞQAN olmanın da bir sərhədi vardır. Bu isə o deməkdir ki, artıq dünya işləri yolunda gedir və arzu edilənlər əldə edilib. Nə vaxt ki, bundan bir şey azalacaq olsa, o təqdirdə uğursuzluq və hədəflərin puç olması ortaya çıxar. Nə vaxt bu çalışqanlıq həddindən artıq çoxalarsa, o zaman, acgözlük və təriflənməyən şeylərə rəğbət duyğusu meydana gələr...
HӘSӘDin də, sərhədi vardır. Bu da, (nəyisə) tam əldə etmək üçün yarışmaq və həsəd etdiyindən daima öndə olmağı arzulamaqdır. Nə vaxt bu sərhədi aşılsa, o zaman zülm və həddi aşmaq təhlükəsi ortaya çıxar. Hətta həsəd etdiyi kimsənin mal-dövlətinin yox olmasını arzu edər, ona əziyyət vermək arzusuyla alışıb-yanar. Nə vaxt bu sərhəddən bir şey azalacaq olsa, o zaman vəziyyət tamamilə dəyişər — bu nәfsi düşüncəsi zəifləyər və nəfsi kiçilər...
Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) belə buyurur: «..Həsəd ancaq iki kimsəyə edilər... Bir adama ki, Allah ona mal vermişdir; o da bu malı haqq yolunda xərcləyər. və bir adama ki, Allah ona elm bəxş etmişdir və həmin adam bu elmlə əməl edər və onu insanlara öyrədər...» (Buxari 73, Muslim 817)
Məhz bu, həsəd edən kimsənin, həsəd duyduğu kimsə kimi olmağı arzu edib, onunla yarışdığı həsəd növüdür. Həsəd edən kimsənin, həsəd etdiyi kəsdə gördüyü (və özü üçün arzu etdiyi) şeyin tələf olmasını diləməsi, onun zillətini göstərir. Yuxarıdakı hədisdə bildirilən həsəd növü isə, bununla əlaqəli deyildir...
ŞӘHVӘTin də, bir sərhədi vardır. Bu – qəlb və ağlın (Allaha) itaətin çətinliyindən rahatlaması və yüksək məqama çataraq fəzilətləri qazanmasıdır. Nə vaxt bu sərhəd aşılsa, o zaman insan acgöz və heç bir şeydən doymaz olar. Bunun nəticəsində bu kimsə heyvanların səviyyəsinə qədər enər. Nə vaxt bu sərhəddən bir şey azalacaq olsa, o təqdirdə zəifləyər, acizləşər və zəlil olar...
RAHATLIĞın da bir sərhədi vardır. Bu — nəfsin rahatlaması, idrak etmə qüvvətini qazanması, yerinə yetirə bilmə gücünə sahib olması və bu istiqamətdə hərəkət etməsidir. Bu sərhəd qorunarsa, yorğunluq və (onun) əlamətləri olduqca zəifləyər. Nə zaman bu sərhəd aşılsa, tənbəllik ortaya çıxmaqla, insanın bir çox faydalı işlərini məhv edər. Nə vaxt bundan bir şey azalacaq olsa, gümrahlığı zəiflədərək yorğunluğu gücləndirəcək bir fəsad ortaya çıxar və hətta onu tamamilə məhv edə bilər. Eynilə əliverişsiz bir ərazidə olduğu kimi. Nə qazılmağa münasib bir torpağı, nə də üzərində tərəvəz və bitkilərin yetişəcəyi bir münbitliyi vardır...
COMӘRDLİYin də iki yönlü olaraq bir sərhədi vardır. Nə vaxt sərhədi aşsa, israf və bədxərclik baş qaldırar. Nə vaxt ondan bir şey azalacaq olsa, o təqdirdə xəsislik ortaya çıxar...
QӘHRӘMANLIĞın da bir sərhədi vardır. Nə vaxt bu sərhəd aşılsa, hər bir canlıya ziyan vurmaq təhlükəsi ortaya çıxar. Nə vaxt ondan bir şey azalacaq olsa, qorxaqlıq meydana gələr. Bunun sərhədi isə, önə keçiləcək yerlərdə önə keçmək, təhlükəli yerlərdə isə, dayanmaqdır.
Səhabələrdən birinin (Allah onlardan razı olsun) öz dostuna dediyi kimi: «Mənə kömək et ki, bilim — sən qəhrəmansan, yoxsa qorxaq.. Önə keç, mən də sənin haqqında «İnsanların ən qəhrəmanı» deyim... Və ya qorxaq olduğunu etiraf et ki, sənin haqqında «İnsanların ən qorxağı» deyim..» Dostu (Allah ondan razı olsun) isə belə cavab verdi: «Vəziyyətə görə qəhrəman, vəziyyətə görə qorxaq...»
(Davamı var)
Hazırladı: Ayxan Yaquboğlu
İslamevi.az
Tarix: 8-03-2023, 09:38