Bakıda qəribə elan: Bu məkana ancaq oliqarxlar buraxılır



Bakıda fəaliyyət göstərən əyləncə məkanlarından birinin sosial şəbəkə hesabında paylaşdığı elan müzakirələrə səbəb olub.
 
Siam.az Modern.az-a istinadən xəbər verir ki, müştərilərə ünvanlanan müraciətdə bildirilib ki, məkana yalnız zəngin oğlanlar və xanımlar buraxılacaq, maddi baxımdan imkansız insanların girişinə icazə verilməyəcək.
 
Elanda məkana gələn bəylərin avtomobilinin qiymətinin 200 min manatdan az olmaması, qızların isə çox gözəl olması şərt kimi qoyulub.
 
Bu addım sərt tənqidlərə tuş gəlib.
Tarix: 13-03-2023, 17:57
Xəbəri paylaş





Xəbər lenti