General Moskvanın müdafiəsi üçün qoşun göndərmək istəyir

General Moskvanın müdafiəsi üçün qoşun göndərmək istəyir

Uqanda prezidentinin oğlu, briqada generalı Muhuzi Kainerugaba Moskvanın müdafiəsi üçün qoşun göndərməyə hazır olduğunu bildirib.

Reyting.az
-ın xəbərinə görə, briqada generalı ölkəsini “Rusiyanın dostu” adlandırıb və deyib ki, kim istəsə onu Putinçi adlandırsın.

General əlavə edib ki, təhlükə yaransa, Uqanda Moskvanı müdafiə etmək üçün əsgər göndərəcək.

Rusiyaya hücumu Afrikaya hücum kimi qiymətləndirəcəyini söyləyən M. Kainerugaba Rusiyanı “Uqandanın tarixi dostu” adlandırıb.

Məsələyə münasibət bildirən politoloq Xəqani Cəfərli deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən açıqlaması ilə gündəmə gələn briqada generalının oktyabr ayındakı daha bir qalmaqallı bəyanatı müzakirə mövzusu olmuşdu. Uqandanın qonşularından biri olan Keniya “Ramştayn formatı” kimi tanınan Ukraynanın müdafiəsi üzrə Əlaqə Qrupuna qoşulduqdan sonra M. Kainerugaba iki həftə ərzində Keniyanı işğal etməklə hədələmişdi.

Politoloq xatırladıb ki, generalın bu açıqlamasından sonra atası Yoveri Kainerugaba Muhuzini Quru Qoşunların komandanlığından kənarlaşdırıb və Keniyadan üzr istəyib. Bundan bir müddət sonra Yoveri Kainerugaba “davakar” oğluna briqada generalı rütbəsi verərək özünə müşavir təyin edib.

Qeyd edək ki, briqada generalı Muhuzi Kainerugaba müxalifət nümayəndələrinə işgəncə verməkdə, oğurlamaqda və öldürməkdə ittiham olunan xüsusi təyinatlıların komandanı olub. Onun adı Beynəlxalq Cinayət Məhkəməsinin sənədlərində də var.

2026-cı ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olan M. Kainerugaba bütün “Qara qitə”nin adından bəyan edib ki, Afrika Putinə inanır.
Tarix: 2-04-2023, 13:39
Xəbəri paylaş





Xəbər lenti