Azərbaycanda məhkəməlik olan Türkiyə şirkətini Ərdoğanla nə bağlayır?
"Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi" şirkətinin Azərbaycandakı filialı barəsində protokol hazırlanıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, İXM-nin 192.1-ci maddəsi ilə (Siyasi, Sosial Və Əmək Hüquqlari Əleyhinə Olan Inzibati Xətalar) protokol Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilib. Bildirək ki, şirkətin qanuni təmsilçisi Ali Durdu adlı şəxsdir. 04.03.2021-ci ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Məsud Əlizadə, ev 74, m. 0-dır. Qeyd edək ki, sözügedən şirkət Türkiyənin aparıcı şirkətlərindən olan "Kalyon Holdinq"ə bağlıdır. "Kalyon Holdinq" Türkiyədə böyük layihələrin icraçısı kimi tanınır. Mətbuatda gedən məlumata görə, "Kalyon Holdinq"in sahibləri Cemal və Faruk Kalyoncular eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın bacısının həyat yoldaşı Ziya İlgen ilə birlikdə "Ar Enerji" adlı şirkət təsis ediblər.