Nyutonun dünyanın sonuyla bağlı proqnozu ortaya çıxıb - FOTO


Məşhur alim İsaak Nyutonun qiyamət tarixi ilə bağlı illər öncə verdiyi proqnoz ortaya çıxıb.
"AzPolitika.info" Britaniya mətbuatına istinadla xəbər verir ki, Nyutonun 1704-cü ildə müqəddəs kitablar və dini yazılar əsasında apardığı hesablamalara görə, dünyanın sonu 2060-cı ilə təsadüf edəcək.
Nyutonun fikrincə, 21-ci əsrin ortalarında İsa Məsih qayıdaraq, Yer üzündə hökmranlıq edəcək. O, hesab edirdi ki, 21-ci əsrdə yəhudi xalqı İsraildə daim inkişaf edən əbədi bir krallıq quracaq.
Qeyd edək ki, Nyuton fizika və riyaziyyat sahələrində bir çox əsaslı kəşflərin müəllifi kimi tanınır.
1704-cü ildə onun proqnozları çox uzaq perspektiv kimi görünsə də, hazırda həmin tarixə cəmi 37 il qalıb.



 
Tarix: 22-04-2023, 15:12
Xəbəri paylaş





Xəbər lenti