"Mənim atam nasist olub, bu sistem yalan və kələk üzərində fəaliyyət göstərib..."


"Nədən bir-birimizlə yola getməyi öyrənməyək? Sevgi nifrətdən güclüdür..."
 
"ABŞ-da antisemitizm və nifrət zəminində cinayətlər artıb..."
 
Məşhur aktyor və Kaliforniyanın sabiq qubernatoru Arnold Şvartsenegger son zamanlar antisemitizmə və irqi-ayrıseçkiliyə qarşı kəskin çıxışlarına aydınlıq gətirib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, CNN telekanalına müsahibəsində danışıb.
 
Jurnalistlər Hollivud ulduzunun bu ilin mart ayında dərc etdiyi videoçarxı göstərib. 
 
Orada Şvartsenegger atası Qustav Şvartseneggerin ikinci dünya savaşında nasist partyasına mənsub olduğunu açıq etiraf edib: "Mənim atam nasist olub". Artist müxbirlərə onu bu videomüraciəti yazmağa nəyin sövq etdiyini izah edib.
 
"Mənim atam milyonlarla başqa kişilər kimi nifrət doğuran sistemə cəlb olunub. Bu sistem yalan və kələk üzərində fəaliyyət göstərib. Və biz bunun nə ilə nəticələndiyini görmüşük", - "dəmir Arni" deyib.
 
"Mən bunun insanları necə sındırdığını yaxından görmüşəm. Baş verən bütün dəhşətləri...
 
Neçə milyon insan həlak olmalı idi ki, bu adamlar, nəhayət, əslində özləri olduğu kimi uduzanların, uğursuz insanların yanında olsunlar...
 
Nədən biz bir-birimizlə yola getməyi öyrənməyək? Sevgi nifrətdən güclüdür", - aktyor əlavə edib.
 
Şvartsenegger 1947-ci ildə Avstriyada doğulub, 1968-vi ildə ABŞ-a köçüb. 
 
O, birinci dəfə deyil ki, atasının Xolokost hadisələrində iştirak etməsindən danışır.
 
CNN jurnalistlərinin xatırlatdıqları videoda aktyor dolayısl ilə atasını xatırladır və "asan nifrət yolunda" olan hər kəsi "özündə güc toplayıb özünə qarşı mübarizəyə çağırış edib".
 
Şvartseneggerin şərhləri ABŞ-ın bütün ərazisi boyunca antisemitizmin və nifrət zəminində cinayətlərin artması fonunda səsəndirilib.
 
Antidiffamasiya Liqasının ötən ay dərc etdiyi məruzəsində deyilir ki, ABŞ-da antisemit insidentlərin sayı təşkilatın 1979-ci ildə onları qeydə almağa başladığı vaxtdan ən yüksək səviyyəyə çatıb.
 
Federal Təhqiqatlar Bürosunun mart ayında dərc etdiyi məlumatlar göstərir ki, ABŞ-da nifrət zəminində qeydə alınan cinayətlərin sayı həmçinin 2021-ci ildə də artıb.
Tarix: 28-04-2023, 10:11
Xəbəri paylaş





Xəbər lenti