Pensiya yaşını keçmiş REKTORLAR - SİYAHI
Son illər həyatımızın bütün sahələrində aparılan kadr islahatları səbəbi ilə pensiya yaşı çatmış şəxsləri bir sıra vəzifələrdə gənclər əvəzləyir. Çünki, bir çox hallarda yaşlı nəsil yeni çağırışlarla ayaqlaşa bilmir.Amma hələ də pensiya yaşında olan məmurlar və digər peşə sahibləri var. Ələxsus da, elm cameəsində pensiya yaşını doldurmuş şəxslərin sayı kifayət qədərdir.
SİAM.AZ xəbər verir ki, Bizim.Media bu dəfə pensiya yaşı çatmış rektorların siyahısını hazırlayıb.
Siyahını təqdim edirik:1. Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədovun 78 yaşı var. O, 9 oktyabr 1945-ci ildə anadan olub. H.Məmmədov, 2017-ci ildə bəri BMU-nun rektoru vəzifəsindədir.
2. Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın 73 yaşı var. O, 4 dekabr 1950-ci ildə doğulub. K.Abdulla 2017-ci ildə bəri ADU-nun rektorudur.
3. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın 70 yaşı var. O, 24 aprel 1953-cü ildə dünyaya göz açıb. G.Məmmədova 1999-cu ildən bəri rektordur.4. Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun 72 yaşı var. O, 20 aprel 1951-ci ildə anadan olub. Y.Yusibov 2014-cu ildən bəri GDU-nun rektorudur.
5. Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimovun 70 yaşı var. O, 1953-cü ildə doğulub. 2016-cı ilin mayından etibarən LDU-nun rektorudur.
6. Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynovun 75 yaşı var. O, 1 yanvar 19948-ci ildə anadan olub. E.Hüseynov 2014-cü ildən etibarən, 9 ildir ki, SDU-ya rəhbərlik edir.
7. Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin 72 yaşı var. O, 26 iyul 1951-ci ildə dünyaya gəlib. 2011-ci ildən bəri, yəni 12 ildir ki, rektordur.8. Bakı Biznes Universitetin rektoru İbad Abbasovun 70 yaşı var. O, 1953-cü il təvəllüdlüdür. 1992-ci ildə təsis etdiyi BBU-ya həm də rektorluq edir.
Tarix: 3-05-2023, 13:23