Putinin sərxoş komandirləri ağzı bağlı çuxurlara atılır - Günlərlə ac saxlanılırlar

Putinin sərxoş komandirləri ağzı bağlı çuxurlara atılır - Günlərlə ac saxlanılırlar

Rusiya Prezidenti Vladimir Putinin komandirləri sərxoş olduqlarına və ya Ukrayna müharibəsində döyüşməkdən imtina etdiklərinə görə “Zindanlar” adlanan qəfəsli çuxurlarına atılırlar. “Zindanlar” adlanan çuxurlar metal barmaqlıq ilə örtülmüş yerdəki dəliklərdən ibarətdir.
SİAM.AZ  xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi, Rusiya ordusunun fərarilərini üstü metal barmaqlıqlar olan orta əsrlərə aid çuxurların içərisində həbs etdiyini bildirib.
Xəbərdə daha sonra bildirilir ki, Telegramda xəbərləri təsdiqləyən bir neçə video yayılıb: əsgərlər Ukraynada döyüşməkdən imtina etdiklərinə və ya sərxoş olduqlarına görə yemək və sudan məhrum halda çuxurlara atılırlar.
İşğalın ilk günlərində rus komandirləri nisbətən tələbkar deyildilər, etiraz edənlərə evlərinə rahat qayıtmağa imkan yaradırdılar. Lakin yanvar ayında Baş Qərargah rəisi Valeri Gerasimov müharibəyə komandanlıq etməyə başlayandan bəri sərtlik artıb.
“Zindan” adlanan hücrələr metal barmaqlıqlarla örtülmüş yerdəki deşiklərdir. Onların cəmi bir neçə fut dərinlikdə olduğu güman edilir və internetdə yerləşdirilən fotoşəkillərdən tələsik qazıldığı görünür. Bu çuxurlar həm də 2000-ci ildə Çeçenistandakı rus əsir düşərgəsində işgəncə qurbanlarını həbs etmək üçün istifadə edilən kameralara bənzəyir.
Keçən həftə bir əsgərin başqa hərbçilərlə içki içdiyi üçün üç metr dərinlikdə çuxurda saxlandığını dediyi video yayıldı. O, dörd həftə yerin altında qaldığını, cinayət təqibi ilə hədələndiyini bildirib. Digər videoda isə bir əsgər 3 gündür yeməksiz başqa əsgərlərlə kamerada qaldığını deyib.
azpolitika.info
Tarix: 3-05-2023, 13:24
Xəbəri paylaş





Xəbər lenti