Əli Əliyev əfv ərizəsi yazmasından danışdı: “Özümə əziyyət vermək niyyətində deyiləm”
“Mənə dəstək göstərən bütün insanlara minnətdarlığımı bildirirəm. Mənəvi dəstək kifayət qədər yüksək olub”. Pravda.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam ilə azadlığa buraxılan Vətən və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib.
“Bu, bir yoldur, gedirik... Kiminsə qorxmasına qətiyyən ehtiyac yoxdur. Həbsxana da insan üçündür... Mübarizəmiz yerindədir, təbii ki, fəaliyyətimizdə müəyyən korrektələr edəcəyik. Adamı Allah sındırmasın! Kimsə kimisə sındırmayıb... Hansı əlamətə görə mənim sındırılmağım qənaətinə gəlinib? Hakimiyyətdən əfv istəmişəmsə, azadlığım, mübarizəm üçün istəmişəm. Özümə əziyyət vermək niyyətində deyiləm, aliməm, ölkənin siyasi həyatında rol alan adamam. ”, - Ə.Əliyev qeyd edib.
Tarix: 8-05-2023, 23:10