Dünyanın ən gənc baş naziri çətin günlər yaşayır
Sanna Marin siyasi karyerasında da, özəl həyatında da çətin günlər yaşayır Dünyanın ən gənc baş naziri olaraq tanınan Sanna Marin hazırda siyasi karyerasında da, özəl həyatında da çətin günlər yaşayır. Məlumdur ki, Sanna Marinin rəhbərlik etdiyi Sosial Demokrat Partiyası ötən ay Finlandiyada keçirilən parlament seçkilərində məğlub olub, Milli Koalisiya Partiyası qalib gəlib. Sanna Marin isə partiya sədrliyindən istefa verərək parlamentdə millət vəkili olaraq çalışacağını açıqlayıb, lakin Finlandiyada yeni hökumət hələ formalaşmayıb. Seçkilərdəki məğlubiyyət sabiq baş nazirin ailə həyatına da təsirsiz ötüşməyib. Sanna Marinin 3 ildir evli olduğu həyat yoldaşından boşanmaq üzrə olduğu deyilir. “NTV,com.tr”nin xəbərinə görə, sabiq baş nazir özəl həyatında da təlatümlər yaşayır. Sanna Marin 3 il rəsmi evli olduğu 19 illik sevglilisindən ayrılıb. S.Marinin həyat yoldaşı Markus Raikkonenə boşanma davası açıb. 37 yaşlı Sanna da, həyat yoldaşı da instagram hesablarından eyni məzmunlu açıqlama yayıblar. Onlar “19 illik birliyimizə və sevimli qızımıza minnətdarıq. Bundan sonra da dost olaraq qalacağıq”, yazıblar.
Cütlüyün 5 yaşında qız övladları var. Cütlük 2020-ci ildə Sanna Marin baş nazir olduğu zaman evlənib. Sanna Marin toy mərasimindən sonra sosial şəbəkədə belə bir açıqlama yaymışdı: “Gəncliyimizi birgə yaşadıq, yetkinliyə birgə addım atdıq və sevgili qızımıza valideyn ola bilmək üçün kamilləşdik”. Sanna Marin 2019-cu ildə Finlandiyanın baş naziri seçilib. O, dünyanın ən gənc baş naziri tituluna sahibdir.
Sanna Marin gənc siyasətçilərə örnək göstərildiyi zamanlarda dostlarıyla şənlik məclislərindən birində çəkilmiş görüntülər partlayış effekti yaratmışdı. Görüntülər yayıldıqdan sonra baş nazirdən narkotik maddə qəbulunma dair testdən keçməsi tələb olunmuşdu. Haqqında “Finlandiyanın “parti” düşkünü baş naziri” ifadələri mətbuat manşetlərini bəzəyirdi. O zamanlar çətin günlər keçirən gənc baş nazir xalqdan üzr istəyib belə söyləmişdi: “Hazırda çox duyğusal bir mövzu müzakirə edilir. Amma iş görmək və zamanımızı böyük problemlərin həllinə həsr etməyimiz lazımdır. Bu ölkənin liderliyə ehtiyacı var”.
Tarix: 12-05-2023, 09:27