SUMQAYITDA ŞİMALİ KOREYA QANUNLARI – KÜÇƏDƏ ŞAHMAT QADAĞANDIR (FOTO)


Bir qrup şahmat həvəskarı Tribunainfo.az-a yazıb ki, Sumqayıt şəhərində açıq havada yeni qadağa tətbiq olunub. Müraciəti təqdim edirik: “Küçə şahmatı dünyanın bir çox ölkələrində pupulyardır və bütün yaşda insanlar üçün maraqlı əyləncə növüdür. Böyük ölçülü, çəkicə ağır fiqurlu bu oyun nəinki ağıla , həm də masa arxasında yox, açıq havada oynanıldığından bədənin sağlamlığına, həm də əhval-ruhiyyəyə müsbət təsir göstərir.
Bakıdan başqa Azərbaycanda Sumqayıtda da 2012-ci ildə keçmiş icra başçısı Eldar Əzizovun vaxtında açıq havada 3 yerdə- 9-cu mikrorayonda yerləşən “Heydər parkı”nda, 34-cü məhəllə ilə 36 məhəllənin və 1-ci məhəllə ilə 2-ci məhəllənin ortasındakı xiyabanlarda da “küçə şahmatı” quraşdırılmışdır ki, bu da təkcə asudə vaxtını səmərələri keçirmək istəyən təqaüdçülərin yox, cavanların, yoldan keçənlərin belə marağına səbəb oldu.
Küçənin ortasında qurulan belə zonalar şəhərə həm də rəng , kolorit qatır, insanın zehni qabiliyyətini inkişaf etdirir. Yaddaşı möhkəmləndirən bu qədim İntellektual oyun sumqayıtlıların və qonaqların maraqlı istirahət vasitəsinə çevrilmişdir. Şahmat fiqurları gecələr də elə parkda qalırdı çox zaman .
Keçmiş icra başçısı o zaman demişdir ki, yaxın vaxtlarda şəhərin nümunəvi yaşayış massivlərinin bütün həyətlərində bu cür kreativ şahmatlar quraşdırılacaqdır. Bu da sumqayıtlıları sevindirməyə bilməzdi. Amma hal-hazırda cəmiyyətə ancaq xeyri olan, insanların böyük marağına səbəb olan bu şahmatdan yalnız biri-“Heydər parkı”nda olanı qalıb, qalanı isə yığışdırılıb nə səbəbdənsə .
“Heydər parkı”ndakı şahmat löhvəsinin fiqurları da sındırılıb, qırılıb, skoçlanıb, daşları neçə illərdir təzələnmir. Onları elə orda oynayan şahmat həvəskarları özləri düzəldir birtəhər. Düzdür, şəhərə nazirlikdən-filandan gələndə böyük şahmat fiqurları mərkəzi yer olduğuna görə 1-ci məhəllə ilə 2-ci məhəllənin ortasındakı xiyaban müvəqqəti-bir neçə saatlığa görüntü üçün düzülür deyəsən.
Maraqlıdır ki, Sumqayıtda məmurlar “Küçə şahmatı”nı bütün dünyada olduğu kimi inkişaf etdirib çoxlaltmaq əvəzinə, cavanlarda, uşaqlarda şahmata marağı artırmaq əvəzinə niyə olanı da yığışdırırlar?!

     

 
Tarix: 20-06-2023, 17:00
Xəbəri paylaş





Xəbər lenti