Yevgeni Priqojin və Vladimir Putin
Müasir dövrün döyüş meydanında belə bir qayda mövcuddur: Özəl hərbi şirkətin ordusu döyüş sursatı çatmadığı üçün cəbhəni tərk edə bilər, amma ictimai ordu, yəni dövlətin öz nizami ordusu silah-sursatı tükənsə belə cəbhəni özbaşına tərk edə bilməz.Vaqner məsələsinin mahiyyəti budur və bütün digər məsələlər, ziddiyyətlər, daxili mübarizələr bu "qayda"nın altında gizlənib.
Problemin xülasəsi belədir: korporativ ordu, özəl ordu, özəlləşdirilmiş silahlı subpodratçı və sair kimi tanınan Vaqner Afrikadakı “uğurlu” əməliyyatlarından sonra əsl cəbhə müharibəsində - Ukraynada davamlı olaraq “sursat yoxdur, dəstək yoxdur” deyə şikayətləndiyi bir mövqeyə qayıtdı. Beləliklə bu şirkət “özəl maraqları” ucbatından müstəqil fəaliyyət göstərməyə və cəbhədə problemə çevrilməyə başladı.
Üsyan və sürgünRusiya Müdafiə Nazirliyi cəbhədəki bu ikiliyə son qoymaq, müharibənin xarakterinə görə vahid komandanlıq sistemi və iyerarxiya çərçivəsində fəaliyyət göstərmək üçün “xüsusi strukturların” iyulun 1-dək onunla müqavilə imzalamasını şərt qoyub. Beləliklə, Rusiya Baş Qərargahı Vaqner üzərində nəzarəti ələ keçirə bilərdi.
"Wagner"-in baş direktoru Priqojinin silahlı qiyamının səbəbi və qısa hekayəsi budur, ancaq baş verən hadisə Putin və Kreml üçün yetərli dərslərlə doludur.Təbii ki, Priqojinin dediyi kimi, 25 min muzdlu əsgərin Moskvaya girib Kremldə “baş kəsməsi” mümkün deyildi və Putin bunu “xəyanət” adlandırsa da, Belarus prezidenti Lukaşenkonun vasitəçiliyi ilə Priqojin Belarusa sürgünə getdi və "məcburi köçkün"ə çevrildi. Putin isə Vaqner əsgərlərinin cəbhəyə geri göndərilməsini, Priqojinin isə Belarusa getməsini müvəqqəti olaraq qəbul etdi.
Nə üçün "müvəqqəti" deyirik, çünki həm üsyan, həm də üsyanı yatırmaq iradəsi əslində dondurulub. Yəni Vaqner kimi özəl strukturlar üsyan da daxil olmaqla, hər cür riskə meyllidirlər və dövlət hakimiyyəti bu və ya digər şəkildə bu cür üsyanları əvvəl-axır yatırmalı olacaq.
Bir ordu, bir millətŞirkət orduları son 20 ildə yaranıb;
ABŞ-ın "Blackwater"-i Rusiyanın "Wagner"-i, Fransanın "Geos"u və sair. Müasir dövlət konsepsiyasının devizi bir dövlət, bir millət, bir dildir. Əslində müasir dövlətin ən əsas şüarı “bir ordu”dur, çünki “bir ordu” olarsa, bir dövlət bir millətə çevrilir.
Müasir dövlətin ən mühüm xüsusiyyəti onun “zorakılıqdan istifadə monopoliyasına” malik olmasıdır. Bu paylaşılmır, çünki iki ordu, iki siyasi mərkəz və iki statusun varlığı deməkdir. Belə olduqda, dövlətin idarə mexanizmi parçalanır və nəticə vətəndaş müharibələri ilə bitir.
İctimai və ya milli ordular Napoleon ordusu ilə tarix səhnəsinə çıxdı. Bu, Fransa inqilabına və milli dövlət quruculuğu yoluna aparan əsas səbəblərdən birinə çevrildi. Yəni milli və rəsmi hesab olunan dövlətlərin orduları da hər zaman milli və rəsmi olmalıdır. Bu ordu isə mütləqdir ki, vahid komandanlıqdan idarə olunsun və daim nəzarətdə saxlanılsın.
Vətəndaşlıqla milli dövlətə bağlı olan hər bir fərd müəyyən yaşda milli ordunun tərkibinə daxil olur. Müasir dövlətin və milli ordunun bu xüsusiyyəti, xüsusən də son 20 ildə iki şəkildə aşınıb: özəlləşdirilmiş mühafizə şirkətləri və ödənişli hərbi xidmətlə (ödəniş edərək hərbi xidmətə getməmək - M.Ş)
Ödənişli hərbi xidmətBu nəzəri çərçivədən Vaqnerin silahlı üsyan praktikasına nəzər salsaq:
1) Şirkət orduları, öz milli ordularının iyerarxiyasından kənar mövqeləri ilə (nəticə etibarilə) cəbhə xəttində döyüşlərdə problemə çevrilirlər.2) Şirkət orduları milli ordulara paralel bir quruluşdur. Zorakılıqdan istifadə etmək üçün dövlətin ordu üzərindəki monopoliyasını paylaşaraq, ən mühüm dövlət xüsusiyyətini uzunmüddətli perspektivdə zəiflədirlər.3) Milli ordudan ayrı olan başqa bir ordu əvvəlcə güc mərkəzinə çevrilir və getdikcə siyasi mərkəzə doğru meyllənir. Bu səbəbdən zamanla dövlət içində dövlət olmağa başlayır.4) Muzdlu ordular ictimaiyyətdən deyil, kapitaldan asılıdır. Bu, tarix boyu və müasir dövlətə qədərki ən mühüm müharibə probleminə çevrilib - tərəf dəyişən muzdlu ordular nəticə etibarilə müharibənin və tarixin də gedişini dəyişdirmək iqtidarında olublar.
Tarix: 27-06-2023, 15:16