MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"


İyulun 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.
 
Siam.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Tarix: 9-07-2022, 09:18
Xəbəri paylaş





Xəbər lenti