Haylar iyulun 20-də Laçındakı kilsədə mərasim keçirməyə hazırlaşır-GERÇƏKLİK...-FOTO

Haylar iyulun 20-də Laçındakı kilsədə mərasim keçirməyə hazırlaşır-GERÇƏKLİK...-FOTO
İyulun 20-də Rusiya ordusunun himayəsi altında Qarabağ və Şərqi Zəngəzurun bir hissəsində qanuni-qanunsuz qalmaqda davam edən haylar işğal dövründə Laçın şəhərində tikdikləri kilsədə növbəti dini mərasim keçirməyi planlaşdırırlar.
 
Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə,  bu haqda erməni apostol kilsəsinin “Artsax” eparxiyasının “Facebook” səhifəsində məlumat yayılıb.
 
“Liturgiyanın yerli ruhani keşişTer-Beniamin Tsaturyan tərəfindən həyata keçiriləcəyi” bildirilir.
 
 
Zəruri xatırlatma və arayış:
 
10 noyabr 2020-ci il üçtərəfli razılaşmasına əsasən Laçın rayonunun əksər hissəsi Azərbaycana qaytarılsa da, rayon mərkəzi və 6 iri kənd də daxil olmaqla təxminən 35 kv.km-lik ərazi müvəqqəti(!) olaraq Rusiyanın “sülhməramlı” sayılan hərbi kontingentinin nəzarətinə verilib. 3 il ərzində haylar üçün alternativ “dəhliz” yolu tikildikdən sonra Laçın şəhəri və 6 kəndin Azərbaycanın nəzarətinə keçəcəyi  və “sülhməramlı”ların artıq yeni yola nəzarət edəcəkləri qərara alınıb. Artıq həmin yolun əsas hissəsi tamamlanmaq üzrədir... 
 
Bir daha xatırladırıq ki, işğaldan öncə tarix boyu Laçın rayonu ərazisində, Laçın şəhərində sovet dövründə işlə bağlı buraya köçmüş bir neçə erməni ailəsi istisna olmaqla,  heç bir erməni də yaşamayıb…
 
Tarix: 18-07-2022, 08:34
Xəbəri paylaş





Xəbər lenti