Haylar Laçının bu kəndində "sülhməramlı"ların müşayiəti ilə bayram keçirdi...-FOTOLAR
"Zabuxda bayram edən ermənilərin arasında separatçı rejimin qanunsuz "polis"ləri də var..."Azərbaycan Respublikası Laçın rayonunun azı 5 il müddətinə Rusiya hərbi kontingentinin nəzarətinə verilmiş, hava xətti ilə 5 km-lik enindəki əraziyə daxil olan Zabux kəndində qanunsuz məskunlaşmış ermənilər növbəti dəfə özlərinin dini “Vardavar” bayramlarını keçiriblər.
Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nərşlərin yaydığı məlumata görə, bayram separatçı-terrorçu hay rejiminin “tarixi mühitin qorunması” xidmətinin təşkilatçılığıyla keçirilib.
Zabux kəndinin qanunsuz “mer”i, Suriyadan köçürülmüş Livan əsilli terrorçu Andranik Çavuşyan erməni mediasına açıqlamasında bir daha “bayramlarını doğma torpaqlarında keçirdiklərini” vurğulayıb.
Xatırladaq ki, artıq bir neçə aydır ki, alternativ Laçın yolunun tikintisinin başa çatmasından sonra Laçın şəhəri ilə yanaşı, Zabuxdakı hayların da Erməənistana köçürüləcəyi haqda məlumatlar gündəmdədir. Ermənilərin Putin rejimi tərəfindən dəstəklənən revanşist kəsimi isə həmin prosesi mümkün qədər ləngitməyə çalışır...
Digər mənbələrin məlumatlarından bəlli olur ki, Zabuxda hayların bayramını Rusiya "sülhməarmlı" hərbçiləri də müşayiət edib. Fotodan göründüyü kimi, ermənilərin arasında separatçı rejimin qanunsuz "polis"ləri də var...
Sultan Laçın
Tarix: 25-07-2022, 12:18