Separatçı Arayik qorxu içində... -Moskvanın yetirmələri ilə təcili müşavirə keçirdi...-FOTO

Separatçı Arayik qorxu içində... -Moskvanın yetirmələri ilə təcili müşavirə keçirdi...-FOTO
Avqustun 1-də Azərbaycan Respublikasının Qarabağ ərazisində müvəqqəti(!) yerləşmiş Rusiya hərbçiıərinin himayəsində bəslənən separatçı-terrorçu rejimin rəhbəri Arayik Arutyunyan qanunsuz və dırnaqarası "güc strukturları" "rəsmi"lərinin iştirakı ilə müşavirə keçirib.
 


Moderator.az xəbər verir ki, bu haqda "ArmenianReport" məlumat yayıb.
 
Üzdəniraq "müdafiə naziri" sayılan Kamo Vardanyan "cəbhə xəttindəki əməliyyat-taktiki vəziyyəti" təqdim edib. Arayik isə görüş iştirakçılarına "bir sıra təxirəsalınmaz tapşırıqlar verib".
 
İclasda separatçı başçının aparat təhbəri Karen Şahramanyan və qondarma "təhlükəsizlik şurası"nın katibi Vitali Balasanyan iştirak ediblər.
 
Xatırladaq ki, Kamo Vardanyan da, Vitali Balasanyan da Moskvanın yetirmələri hesab olunur...
 

Tarix: 2-08-2022, 08:34
Xəbəri paylaş





Xəbər lenti