Əlvida, Laçın dəhlizi – Sentyabrın 1-dən...



“Əlvida, Laçın dəhlizi. Laçın yaxınlığından Ermənistanı və Qarabağın dağlıq hissəsini birləşdirəcək yeni yol - dəhliz olmayacaq, sadəcə, yol olacaq. Beləcə, Qərbi Zəngəzur vasitəsilə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək nəqliyyat xətti = Laçın yolu. Nikol Paşinyan Tehranın dəhlizlə bağlı İrəvana verdiyi qadağanı qəbul edərək Qarabağ erməniləri ilə Ermənistanı birləşdirən Laçın dəhlizini itirmiş oldu. Sentyabrın 1 dən başlayaraq Laçın rayonundan keçəcək yeni yodla giriş -  çıxış postları nəzarətimizdə olacaq. Yolda pasport yoxlanış həyata keçiriləcək”.
 
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Zaur Məmmədov bildirib.
 
“Beləcə, Azərbaycan ermənilər üçün vacib strateji əhəmiyyət daşıyan Laçın şəhərini işğaldan azad edir, Laçın dəhlizinin üzərindən isə xətt çəkmiş olur. Üstəlik, Qarabağa giriş - çıxış nəzarətimizə keçir” – Z.Məmmədov qeyd edib.
Tarix: 6-08-2022, 17:58
Xəbəri paylaş





Xəbər lenti