Laçının girişindəki işğalçı əsgər abidəsi söküldü...-Cəmi 3 hayk ailəsi qaldı...-VİDEO

Laçının girişindəki işğalçı əsgər abidəsi söküldü...-Cəmi 3 hayk ailəsi qaldı...-VİDEO
Dünən - avqustun 22-də Laçın şəhərinin girişindəki - Şuşa-Laçın-Zabux-Gorus və Qubadlı-Laçın yollarının kəsişdiyi,  laçınlıların "poçt dairəsi"adlandırdıqları, işğalçıların isə həyasızcasına "sülh meydanı" dedikləri ərazidən haykların sonuncu abidəsi olan təcavüzkar erməni əsgərinin heykəli götürülüb.
Moderator.az xəbər verir ki, bu haqda "Azadlıq" radiosunun erməni bürosu - "Azatutyun" məlumata yayıb.

Laçındakı haykların qondarma "mer"i Narek Aleksanyan Xankəndindəki separatçı nəşrlərin müxbirlərinə açıqlamasında sözügedən üzdəniraq abidənin söküldüyünü təsdiqləyib.
O, əlavə olaraq bildirib ki, hazırda şəhərdə cəmi 3 hayk ailəsi qalıb, 5 ailə Qarabağda yerləşib, qalanı isə Ermənistana köçüb.
N.Aleksanyanın sözlərinə görə, son həftələr ərzində Laçın rayonunun Azərbaycana təhvil verilən ərazilərindən 47 abidə, xaçkar və "mədəni sərvət" təxliyə edilib.
Zəruri sual:
Öncəki yazılardakı sualı bir daha təkrar edirik: Laçın və Zabuxdakı qanunsuz məskunlaşmış hayklar arasından Qarabağda, yəni Azərbaycan ərazisində qalmaq istəyən ailələr rəsmi Bakının icazəsi olmadan hansı yaşayış məntəqələrimizə yerləşdirilir?..
Tarix: 23-08-2022, 09:37
Xəbəri paylaş





Xəbər lenti