Laçın dəhlizindəki rus sülhməramlılarının postları sökülür - Video


Laçın dəhlizində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları köçməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, artıq Qubadlı rayonu istiqamətindən Laçın dəhlizinin girişində və yol boyu qoyulmuş postların, nəzarət-buraxılış köşklərinin, rusiyalı hərbçilərin yaşadığı tikililərin sökülməsinə başlanılıb. Bu barədə sosial şəbəkəlrədə kadrlar yayılıb.
Qeyd edək ki, Azərbaycan Laçın şəhərindən yan keçməklə Qarabağı Ermənistanla birləşdirən yolun tikintisini bir müddət əvvəl başa çatdırıb. Bu səbəbdən dəhlizin üzərinə düşən Laçın şəhəri, Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilərin ərazini tərk etməsi üçün avqustun sonuna kimi vaxt verilib və bu proses artıq başa çatmaq üzrədir.
Müddət bitdikdə sözügedən yaşayış məntəqələri Azərbaycanın tam nəzarətinə keçəcək.



Tarix: 24-08-2022, 14:29
Xəbəri paylaş





Xəbər lenti