Ermənilər Laçından 46 “xaçkar” söküb apardılar - FOTO

Ermənilər Laçından 46 “xaçkar” söküb apardılar
Laçın şəhəri, Zabux və Sus kəndələrində ucaldılmış erməni “xaçkar”larının hamısı evakuasiya olunub.

Siam.az modern.az saytına istinadla xəbər verir ki, bunu “Armenpress”ə Qarabağdakı separatçıçların nümayəndəsi Lernik Hovhannisyan deyib. O, sökülüb aparılan “xaçkar”ları “erməni monumental sənət abidələri” adlandırıb.

Ümumilikdə üç yaşayış məntəqəsindən 46-ya yaxın “xaçkar” sökülüb.

Lernik Hovhannisyan deyib ki, onlar erməni milli qəhrəmanlara, qondarma “erməni soyqırımı”na və müxtəlif yaddaqalan hadisələrə həsr olunmuş xaç daşları və bəzi digər abidələrdir.

O, hazırda “xaçkar”ların harada yerləşdirilməsinin müzakirə olunduğunu da qeyd edib.

“Hazırda biz bir neçə variantı müzakirə edirik. Müvafiq təkliflər nəzərdən keçirilir”, deyə separatçıların nümayəndəsi Xankəndi və ya Ağdərədə “xaçkarlar”ın parkını yaratmağı da düşündüklərini vurğulayıb.

Ermənilər Laçından 46 “xaçkar” söküb apardılar
Ermənilər Laçından 46 “xaçkar” söküb apardılar
Ermənilər Laçından 46 “xaçkar” söküb apardılar
Ermənilər Laçından 46 “xaçkar” söküb apardılar


Tarix: 25-08-2022, 17:33
Xəbəri paylaş





Xəbər lenti