Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub


Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb
Kəlbəcər istiqamətində mövqelərimiz Ermənistan tərəfindən atəşə tutulub. Siam.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Tarix: 4-09-2022, 21:26
Xəbəri paylaş





Xəbər lenti