Xankəndindən “yeni dəhlizdə Artsax qanunları işləyəcək” təxribatı gəldi...

Xankəndindən “yeni dəhlizdə Artsax qanunları işləyəcək” təxribatı gəldi...
“Güman edirik ki, tezliklə Azərbaycanın müvafiq qurumları da Azərbaycan xalqını narahat edən, eyni zamanda separatçı-terrorçu rejimin və erməni mediasının ətrafında spekulyasiya yaratdığı yeni alternativ yol haqdakı məsələləri ətraflı şərh edəcək…”
 “Separatçılar Laçın şəhəri yaxınlığındakı strateji Dikdaş yüksəkliyindən Azərbaycan ordusunun çıxarılmasını israrla dilə gətirir…”
 
Xankəndində qanunsuz fəaliyyət göstərən erməni “ictimai radiosu” separatçı rejimin Xocalı qatili, terrorçu general Vitali Balasanyanın rəhbərlik etdiyi qondarma "təhlükəsizlik şurası" aparatından Laçın yoluna alternativ yeni yolla bağlı 
bəzi suallarına cavab alıb.

Moderator.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində sözügedən sualların cavabları qısa olaraq aşağıdakı kimi təqdim edilib:
 
-“Aqavno çayı(əslində Həkəri çayı-S.L.) üzərində tikilən körpüdən Ermənistan tərəfi istifadə edəcək. Körpünün altından keçən yolda Azərbaycan tərəfindən yüklər Rusiya sülhməramlılarının nəzarəti altında daşınacaq.
 
- Artsax Respublikasının Ermənistanla birləşdirən, eni 5 km və uzunluğu 7 km olan yeni dəhlizdə də Artsax Respublikasının qanunvericiliyi  tətbiq edilir.
 
-Dəhlizdə nə erməni, nə də Azərbaycan hərbi mövcudluğu olacaq. Dəhliz Rusiya sülhməramlı kontingentinin nəzarəti altında fəaliyyət göstərəcək.
 
-Hin Şen(Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi-S.L.) kəndi və yeni marşrut üzrə yüksəklikdə Azərbaycan postunun mövcudluğu ilə bağlı:  10 noyabr üçtərəfli bəyanatının icrasının təmin edilməsi istiqamətində işlər aparılır”.

Zəruri şərh:
 
-Azərbaycanın öz ərazisində lazımi hərbi və ya mülki təyinatlı yüklərin Rusiya hərbi kontingentinin nəzarəti altında daşıması mümkün deyil…
 
-Əvvəla, yeni yol ətrafında eni 5 km, uzunluğu 7 km olan dəhlizin  yaradılması rəsmən elan edilməyib. İkincisi də həmin ərazidə separatçı rejimin dırnaqarası “qanun”larının işləməsi Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünün tamamilə tapdanması demək olardı…
 
-Bəhs edilən beynəlxalq hüquq baxımından da Azərbaycana məxsus ərazidə rəsmən dəhliz yaradılacağı halda oraya Rusiya “sülhməramlı” hərbi kontingenti ilə yanaşı, Azərbaycan ordusu və digər müvafiq strukturlarının bölmələrinin nəzarət etməsi dövlət suverenliyimizin qorunması baxımından zəruridir…
 
-Alternativ  yolun keçdiyi Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ilə Laçın rayonunun Ağanus kəndi arasındakı ərazidə dəhlizin yaradılması qeyri-mümkündür. Çünki hayların istinad etdiyi 10 noyabr bəyanatına görə dəhliz Şuşa rayonu deyil, Laçın rayonu ərazisində yaradılır. Çünki Şuşa rayonu Şuşa şəhəri və Daşaltı kəndi istisna olmaqlda onsuz da Rusiya hərbi kontingentinin nəzarəti altındadır.  Ermənilərin bəhs etdiyi və iki kənd arasında yerləşən strateji Dikdaş(və ya Ağdaş-1784 m) yüksəkliyindən isə həm keçmiş Laçın dəhlizi ərazisi, yəni Laçın şəhəri də daxil olmaqla Laçın-Şuşa yolu, həmçinin Qubadlı-Laçın yolu, həm də yeni alternativ yol nəzarətdə saxlanılır. Odur ki, həmin mövqelərdən Azərbaycan ordu birləşməsinin çıxarılaraq əvəzində Rusiya hərbçilərinin yerləşdirilməsinin qeyri-mümkündür. Bu haqda əvvəlki yazılarımızda daha ətraflı bəhs etmişik(bax://moderator.az/az/ekskluziv/541248/lacinin-alternativ-yol-etrafindaki-hec-bir-kendi-ermeni-nezaretine-verilmemelidir/ və //moderator.az/az/ekskluziv/547125/rusiya-lacinin-bu-3-kendini-de-qeyd-sertsiz-azerbaycanin-yurisdiksiyasina-qaytarmalidir/)

Güman edirik ki, tezliklə Azərbaycanın müvafiq qurumları da Azərbaycan xalqını narahat edən, eyni zamanda separatçı-terrorçu rejimin və erməni mediasının ətrafında spekulyasiya yaratdığı yeni alternativ yol haqdakı məsələləri ətraflı şərh edəcək…
 
Sultan Laçın
Tarix: 6-09-2022, 22:15
Xəbəri paylaş





Xəbər lenti