“Ermənistan Azərbaycanla gərginliyi saxlamağa çalışır”


“Ermənistan Azərbaycanla gərginliyi saxlamağa çalışır”
“Əgər Rusiya-Ukrayna müharibəsi başlamasaydı, bəlkə də ruslar Qarabağda hərbi baza yaratmaq məsələsini gündəmə gətirəcəkdi. Rusiya Qarabağdan əl çəkmək istəmir. Ermənilər burada sadəcə maşa rolunu oynayır, Rusiya onlardan istifadə edir”.

SİAM.AZ xəbər verir ki, bunu Reyting.az-a sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Vətən müharibəsində böyük zəfər çalsa da, Qarabağın üzərində yenə oyun oynanılır: “Bu, Rusiyanın layihəsidir. Müxtəlif yollarla bu layihəni gerçəkləşdirmək imkanı axtarırlar.

Vətən müharibəsindən hələ xeyli əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağ problemi ilə bağlı həll paketi irəli sürmüşdü. Plana görə, ermənilər beş rayonu qaytardıqdan sonra məsələ həll olunmalı idi. Aydındır ki, biz Lavrovun planını qəbul etmədik. Aylar və illər keçdikdən sonra özümüz başqa yollarla problemin həllinə nail olduq”.

Professor əlavə edib ki, Azərbaycan və Ermənistan Rusiyanın qurduğu oyunun qubandır: “Bu səbəbdən Azərbayan daha ehtiyatlı, daha sistemli iş aparılmalıdır”.

F. Cəlilov bildirib ki, uzun illər belə rəy olub ki, əgər ruslar və digər xarici qüvvələr Ermənistanın arxasından çəkilsə, Azərbaycan qısa müddətə torpaqlarını işğaldan azad edə bilər: “Bu, 44 günlük Vətən müharibəsi zamanı sübuta yetirildi. Bu savaş zamanı Ermənistana müəyyən dəstək verilməsinə baxmayaraq, sonda məğlubiyyətə uğradı”.

F. Cəlilov diqqətə çatdırıb ki, hazırda Ermənistan var gücü ilə Azərbaycanla əlaqələri normallaşdırmaqdan qaçır, müxtəlif bəhanələrlə prosesi uzatmağa və gərginliyi saxlamağa çalışır. “Əlbəttə, bunun perspektivi yoxdur. Artıq dünya dəyişib, şərtlər təzələnib. Bu halda ənənəvi siyasətlə heç nəyə nail ola bilməzlər”,- deyə F. Cəlilov fikrini yekunlaşdırıb .
Tarix: 8-09-2022, 10:29
Xəbəri paylaş





Xəbər lenti