Erməni silahlıları kimi, Vardanyanın da torpağımızdan çıxarılması vacib vəzifə oldu...

Erməni silahlıları kimi, Vardanyanın da torpağımızdan çıxarılması vacib vəzifə oldu... 
“Artıq 10 günə yaxındır ki, Qarabağda rəsmi Bakının hələlik reaksiya vermədiyi daha bir təhlükə peyda olub: Putinin təxribatçı, avantürist milyarder “desant”ı olduğu şübhə doğurmayan və həyasızcasına “Artsax məsələsi həll olunmamış heç yana gedən deyiləm”- deyə bəyan edən hayk milyarder..."
 

-3 cümlə ilə bir “atəş”...-

Hərbi qələbə qazandığımız II Qarabağ savaşını yarımçıq durduran 10 noyabr 2020-ci il üçtərəfli bəyanat-razılaşmasına əsasən Rusiya və Ermənistan Azərbaycanın hüquqi-tarixi ərazisindəki erməni(Ermənistan yox, erməni!) terrorçularının çıxarılmasını təmin etməli olsa da, Qarabağda hələ də işğaldan azad yurdlarımıza dönmüş və dönəcək soydaşlarımıza təhlükə yaradacaq həddə hayk yaraqlıları və silahları qalmaqdadır...
 
Artıq 10 günə yaxındır ki, Qarabağda rəsmi Bakının hələlik reaksiya vermədiyi daha bir təhlükə peyda olub: Putinin təxribatçı, avantürist milyarder “desant”ı olduğu şübhə doğurmayan və həyasızcasına “Artsax məsələsi həll olunmamış heç yana gedən deyiləm”-deyə bəyan edən Ruben Vardanyan...
 
Xankəndində və İrəvanda qanunsuz və qanuni siyasi postlara da iddialı olan erməni milyarderin “sanksiyalardan qaçmaq”, “çirkli pullarını yumaq”  və s. kimi məqsədlərlə gəlməsindən asılı olmayaraq bu gün artıq dövlətimiz qarşısında erməni silahlılarla, terrorçularla yanaşı, Vardanyanın da Azərbaycan ərazilərindən qeyd-şərtsiz xaric olunması vacib bir vəzifə kimi durmaqdadır...
 
Sultan Laçın  
Tarix: 9-09-2022, 08:44
Xəbəri paylaş





Xəbər lenti