Bu gecə Xankəndində yüzlərlə hayk balası xorla "vətənpərvərlik" mahnısı oxudu...
Dünən - sentyabrın 10-da gecə saat 22-23 radələrində Xankəndindəki "dırnaqarası" "azadlıq döyüşçüləri" parkında işğal dövründə Şuşada yaradılmış “Varanda” erməni "uşaq-gənclər xoru" yüzlərlə həmyaşıdlarının iştirakıyla hayk dilində "vətənpərvərlik" mahnısı ifa edib.
Moderator.az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb.
Məlumatdan bəlli olur ki, müvəqqəti(!) olaraq Rusiya "sülhməramlı"larının nəzarətində olan Azərbaycan şəhərinin mərkəzində toplaşmış erməni balalarının oxuduğu "Böyük Ermənistan"ı tərənnüm edən, dolayısıyla Qarabağı hayk torpağı kimi təbliğ edən mahnı "Eraz im erkir hayreni " adlanır.
Xatırladaq ki, 32-ci ildir Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin qurucuları, ümumiyyətlə, Azərbaycan türk torpaqlarının işğalının, türklərin, müsəlmanların soyqırımının ideoloqları və icraçıları olan Zori Balayan, Serjik Sərkisyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan, Vitali Balasanyan və s. on illərdir ki, Azərbaycan dövləti tərəfindən beynəlxalq axtarışdadır. Xankəndindəki hayk xuntasının hazırkı üzdəniraq başçısı Arayik Arutyunyan isə 2020-ci ilin oktyabrından Gəncəyə raket atılmasını əmr verdiyini etiraf etdikdən sonra İnterpolla axtarışa verilib...
Tarix: 11-09-2022, 09:40