Azərbaycan əsgərinə gülləni kim atıb: RUSLARMI? - Bütün atəş nöqtələri SUSDURULUR?


Azərbaycan əsgərinə gülləni kim atıb: RUSLARMI?
"50 əsgərimizin şəhid olması məndə bəzi şübhələr yaradır. Böyük ehtimalla, bu əsgərlər bölgədəki rus əsgərlər tərəfindən şəhid ediliblər. Savaş başlamazdan əvvəl rus əsgərlərinin öz postlarını tərk edib başqa istiqamətdə yerləşməsi də şübhələri artırır". Siam.az bildirir ki, bu açıqlama ilə politoloq Heydər Oğuz çıxış edib.

"Mümkündür ki, ruslar daha uzaq məsafədən dəqiq zərbələrlə ermənilərə dəstək veriblər. Bundan əvvəlki döyüşlərdə də rusların dinc dayanmadıqları, Azərbaycan əsgərlərinə atəş açdıqları barədə də məlumatlar vardı" deyən H.Oğuz kifayət qədər qaranlıq məqamların olmasına diqqət yönəldir.

Politoloq davam edi: "Dərd burasındadır ki, bizim əsgərlərimiz Rusiyanın kənarda qalmasını təmin etmək üçün onların postlarına zərbə endirə bilmirlər. Bu da rusların daha rahat şəkildə Azərbaycan Ordusunun mövqelərini nişan almasına şərait yaradır.

Hər halda, ermənilərin Azərbaycanla döyüşəcək halda olmadıqlarını Nikol Paşinyan da etiraf edir. Öz ordusunu hələ bərpa edə bilməyən ermənilərin Azərbaycana bu qədər ciddi zərərlər verməsi inandırıcı görünmür.

Hesab edirəm ki, əgər mənim təxminlərim doğrudursa, Azərbaycan Ordusunun komandanlığı əsgərlərimizə atəş yağdıran istənilən nöqtələri susdurmaq barədə əmr verməlidir. Həftə səkkiz mən doqquz təkrarlanan hücumlarda şəhid olan əsgərlərimiz ot deyillər və torpaqdan çıxmayıblar. Onların da ailələri, uşaqları, valideynləri var.

Şəhid olan hər əsgər bir evə atəş salır. Əsgərlərimizi qorumaq, Azərbaycan Ordusunun çəkindiricilik gücünü artırmaq hərbi komandanlığımızın bir nömrəli vəzifəsi olmalıdır".

DİA.AZ
Tarix: 14-09-2022, 09:27
Xəbəri paylaş





Xəbər lenti