Laçın şəhəri yenə də Rusiya MN-in nəzarət zonasında...-Deməli, texniki səhv deyil...

Laçın şəhəri yenə də Rusiya MN-in nəzarət zonasında...-Deməli, texniki səhv deyil...
"Qərbə, ABŞ-a qarşı necə köklənmişiksə, Kremlin keçmişdə və  indi etdiyi düşmənçilikləri sanki unutmuşuq..."
 
Dünən -sentyabrın 18-də Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı” kontingentə aid bölmədə həmin kontingentin 17 sentyabr 2022-ci ilə aid dislokasiya xəritəsində avqustun 26-da rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış Laçın şəhəri  və rayonun Ağanus kəndinin yenidən Rusiya hərbçilərinin məsuliyyət və nəzarət zonasına daxil edilməsi haqda məlumat vermişdik(bax://moderator.az/az/ekskluziv/552560/rusiya-mn-lacin-seheri-ve-aanus-kendini-yeniden-nezaret-zonasina-saldi-xeriteler/ ).

Moderator.az-ın araşdırmasından  bəlli olub ki, dünən gecə saatlarında  Rusiya MN-in saytındakı bəhs olunan bölməsində təqdim edilən xəritədə Laçın şəhəri və Ağanus kəndi yenə də eyni qaydada Rusiya hərbi kontingentinin nəzarət zonasına daxil edilib. Sadəcə, bir fərq var, sentyabrın 17-də Rusiya “sülhməramlı” hərbi polisinin patrul xidməti əsasən Laçın rayonu ərazisini əhatə edirdisə və Laçın şəhərini də dolanırdısa, bu dəfə həmin xidmətin marşritu Laçın şəhərinin yaxınlığından başlayıb Xankəndi şəhəri yaxınlığında bitir... 

Biz dünən son iki ilə yaxın müddətdə olduğu kimi, sadəlöhvcəsinə güman edirdik ki, ola bilsin, Rusiya MN əməkdaşları texniki səhvə yol verib.  Ancaq texniki xəta bir dəfə olar -iki dəfə olar, uzaqbaşı, bir gün nəzərdən qaçar. Əgər  17 sentyabr 2022-ci il tarixli xəritədə yanlışlığa yol verilmişdisə, günün sonunda düzəldilməliydi.. Bu olmayıbsa, deməli, Laçın şəhəri və Ağanus kəndi bilərəkdən Rusiya "sülhməramlı"larının məsuliyyət zonasına salınıb...
 
Zəruri şərh:
 
Ermənistanla sərhəddəki erməni təxribatlarının səbəb olduğu son qanlı qarşıdurmalardan sonra N.Pelosinin Ermənistana səfəri və s. olaylar bizi Qərbə, ABŞ-a qarşı necə kökləyibsə, deyəsən, Kremlin tarix boyu etdikləri işğal, repressiya, deportasiyaları, bu gün də davam edən faktiki işğal və gizli-açıq təxribatlarını, o cümlədən içərisi separatçı, terrorçu xislətli erməni dolu  “Dağlıq Qarabağ” minasını Azərbaycan daxilinə yerləşdirməsini unutmuşuq...
 
Sultan Laçın

Tarix: 19-09-2022, 21:37
Xəbəri paylaş





Xəbər lenti