Xocavənd şəhərində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə mitinq keçirildi

Xocavənd şəhərində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə mitinq keçirildi…
Gələn həftə Tərtər rayonunun  işğal altındakı  ərazilərində də “mitinq formasında aksiyalar nəzərdə tutulub”…
 
Azərbaycan polisinin yeri görünür...
 
Azərbaycan Respublikasının Qarabağ ərazisində Rusiya "sülhməramlı"larının himayəsinə sığınmış separatçı ermənilərin  "müqavimət" hərəkatının fəalları Xocavənd rayonunun mərkəzində - Xocavənd şəhərində aksiya təşkil ediblər.

Moderator.az xəbər verir ki, “Kavkazski uzel” nəşri bu haqda “hərəkat”ın Xankəndindəki liderlərindən biri Tiqran Petrosyana  istinadla məlumat yayıb.
 
Məlumata görə, Xocavənddə sentyabrın 23-də təşkil olunmuş mitinqə 500-ə yaxın separatçı, revanşist və irqçi əqidəli hayk qatılıb. Onlar Azərbaycanın suverenliyi və ərazi bütövlyü əleyhinə çıxışlar səsləndirib, dövlətimizin ərazisində qondarılmış separatçı-terrorçu rejimin dünya birliyi tərəfindən “müstəqil dövlət” kimi tanınmasını tələb ediblər. Aksiyada eyni zamanda hazırda Xankəndində Araik Arutyunyanın başçılıq etdiyi xuntanın rüşvətxorluq və korrupsiyaya son qoyması tələbləri də ifadə edilib.
 
Mitinqin əsas təşkilatçısı olan T.Petrosyan  bildirib ki, “rayonlarda görüşlər davam edəcək”. Onun sözlərinə görə,  gələn həftə Tərtər rayonunun  işğal altındakı  ərazilərində -  haykların “Mardakert” “rayonu”nun “icmaları” adlandırdıqları məntəqələrdə də “mitinq formasında aksiyalar nəzərdə tutulub”…
 
P.S. Azərbaycan polisinin yeri görünür...
 
Sultan Laçın

Tarix: 26-09-2022, 08:46
Xəbəri paylaş





Xəbər lenti