“Çətindir, ancaq Azərbaycanla sülh bağlamalıyıq” - Ter-Petrosyan

Bizi çətin və ağrılı qərarlar gözləyir. 
 
Modern.az xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai televiziyasına müsahibəsində deyib.
 
Sabiq prezident qeyd edib ki, Azərbaycan və Türkiyə ilə heç kimin bəyənməyəcəyi müqavilələr imzalanmalıdır: “Əgər sənəd imzalanmasa, bu iki qonşu ilə sülh bağlanmasa, biz Sovet İttifaqının 70 illik reallıqlarını bərpa edə bilmərik".
 
Ter-Petrosyan, həmçinin deyib ki, o, Paşinyan hakimiyyətinə dialoq təklif edib.
 
“Çünki cəmiyyətimizin baş verənlərdən xəbəri yoxdur. Bu məlumatı yalnız bir nəfər, Nikol Paşinyan bilir. Ola bilsin ki, bu məlumatı yaxın ətrafı ilə bölüşür. Bütün həqiqəti bilən iki-üç adam ola bilər", - deyə eks-prezident vurğulayıb.
 
"Müxalifətin əksəriyyəti hesab edir ki, Paşinyandan qurtula bilsələr, o zaman çətin qərarlardan qaça bilərik. Bu sadəlövhlükdür", - Ter-Petrosyan sözlərinə əlavə edib.
Tarix: 27-09-2022, 08:50
Xəbəri paylaş





Xəbər lenti