Arakel Martikyandan absurd açıqlama:Ermənistan Azərbaycan qüvvələri ilə üz-üzə gəlib onları məğlub etməyə hazırlaşır
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Arakel Martikyan açıqlama verərək absurd fikirlər səsləndirib.Musavat.com xəbər verir ki, Arakel Martikyan Ermənistan Ordusunun yeni hücum gözlədiyini, Azərbaycan Ordusu ilə qarşı-qarşıya gəlib qələbə qazanmağa hazırlaşdığını deyib.
"Ermənistan Silahlı Qüvvələri yeni hücum gözləyir və Azərbaycan qüvvələri ilə üz-üzə gəlməyə və onları məğlub etməyə hazırlaşır", - Arakel Martikyan deyib.
Arakel Martikyanın daha sonra dediklərinin sıralaması:
*Azərbaycan Vardenis istiqamətində strateji baxımdan önəmli olan bir neçə döyüş mövqeyini ələ keçirə bilib.
*Ən böyük ərazi itkiləri Cermuk istiqamətində olub.
*İtirdiyimiz ərazilər taktiki baxımdan o qədər də vacib deyil, amma strateji baxımdan önəmlidir: Onlar düz bizim yaşayış məntəqələrimizin üstündə yerləşir.
*Hazırki vəziyyətdə düşmən yollarımıza, marşrutlarımıza müəyyən nəzarət yarada bilib.
Tarix: 30-09-2022, 08:56