Rusiya Qərbin Bakı və İrəvan arasında vasitəçiliyindən narazıdır




Rusiya Azərbaycan və Ermənistana sülh müqaviləsinin bağlanması ilə bağlı “hərtərəfli təkliflərini” çatdırıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyanat verib.
“Biz Rusiyaya yaxın olan iki müttəfiq dövlət arasında münasibətlərin normallaşmasına, o cümlədən sülh müqaviləsinin hazırlanmasına hərtərəfli yardım göstəririk. Bizim hərtərəfli təkliflərimiz Bakıya və İrəvana verilib. XİN-in xüsusi nümayəndəsi İqor Xovayev bu mövzuda məsləhətləşmələr aparmaq üçün bölgəyə bir sıra səfərlər edib”.
Zaxarova onu da bildirib ki, bəzi insanlar Rusiyanın roluna şübhə etməyə çalışırlar, “yaxud bizim hərəkətsizliyimizi arzulayırlar”.
“Biz praktiki iş görürük. Bəli, biz bunu hansısa tarix üçün və ya hansısa gözəl format üçün yox, konkret nəticələrlə möhkəmləndiriləcək şəkildə edirik. Biz heç bir nəticəsi olmayan xüsusi reklam fəaliyyəti ilə məşğul deyilik. Biz əksinə hərəkət edirik – bacardıqlarımızdan danışırıq”, – deyib.
Zaxarova qeyd edib ki, sülh müqaviləsi mövzusunun yüksək həssaslığını nəzərə alaraq, davam edən danışıqların təfərrüatlarını açıq şəkildə şərh etməyi yersiz hesab edir.



Tarix: 6-10-2022, 22:38
Xəbəri paylaş





Xəbər lenti