Arutyunyana 30 dəqiqə vaxt verildi - Xankəndi qarışa bilər! (FOTO)


 
Oktyabrın 8-də Xankəndidəki ermənilər etiraz aksiyasına toplaşıblar.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, meydana toplaşan aksiya iştirakçıları oyuncaq “prezident iqamətgahı”nın girişini bağlayıblar. 
Etirazçılar Araik Arutyunyana bayıra çıxıb onların suallarını cavablandırmaq üçün 30 dəqiqə vaxt veriblər, əks halda təsirli tədbirlər görəcəkləri barədə xəbərdarlıq ediblər. Etirazçılar digər məmurların izahatına ehtiyac duymadıqlarını, onların narahatlığına Arutyunyanın şəxsən cavab verməli olduğunu deyiblər.
A.Arutyunyanın “iqamətgahı”nın yaxınlığında xeyli sayda “polis əməkdaşı” toplaşıb.
Bundan əvvəl də erməni mediası Xankəndi “şəhər əhalisi”nin meydanda kortəbii aksiya keçirdiyi haqda xəbər yaymışdı.

WhatsApp Image 2022-10-08 at 22.36.45.jpeg (14 KB)
Tarix: 8-10-2022, 22:51
Xəbəri paylaş





Xəbər lenti