İlham Əliyev və Ərdoğan Zəngilan aeroportunun açılışını ediblər - VİDEO



Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər
Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.
AYNA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.
Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

İlham Əliyev və Ərdoğan Zəngilan aeroportunun açılışını ediblər -
Tarix: 20-10-2022, 14:18
Xəbəri paylaş





Xəbər lenti