Ağdərədə atəşkəs pozulub-Rusiya hərbi kontingenti


Qarabağın keçmiş Ağdərə rayonu ərazisində atəşkəs rejiminin pozulması faktı qeydə alınıb.
Musavat.com bildirir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin xəbər bülletenində məlumat yayılıb.
Ölən və yaralananların olmadığı qeyd edilir. Həmçinin bildirilir ki, Rusiya sülhməramlıları Xankəndi-Gorus yolunda maneəsiz hərəkətin bərpası ilə bağlı danışıqlar prosesini davam etdirirlər.
“Martakert, Martuni, Şuşa rayonlarında və Laçın dəhlizində 4 marşrut xətti üzrə patrul xidməti həyata keçirilib. Qoris-Stepanakert marşrutu üzrə humanitar yük daşıyan RCC avtomobil karvanının müşayiəti təmin edilib”, - deyə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Göründüyü kimi, Rusiya tərəf yenə də Azərbaycan toponimlərini təhrif edir və xəbərdarlıqlardan nəticə çıxarmır. Hələlik Azərbaycan Müdafiə Nazirliyinin atəşkəs pozuntusu xəbərinə reaksiyası yoxdur.



Tarix: 22-02-2023, 08:00
Xəbəri paylaş





Xəbər lenti