İrəvandan gözlənilən cavab gəldi – Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaradılmamalıdır
Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhükəsizlik Konfransında Zəngəzur və Laçın dəhlizlərində nəzarət-buraxlış məntqələrinin yaradılması ilə bağlı bəyanatına Ermənistandan cavab gəlib.
Gözlənildiyi kimi, erməni tərəfi Laçın dəhlizində nəzarət-buraxlış məntqəsi yaradılmasına qarşı çıxıb. Amma hansı haqla Azərbaycanın suveren ərazisində nəyi necə qurmaq lazım olduğunu qarışmalarının niyəsini izah etməyib.
Pressklub.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan prezidentinin Laçında və Zəngəzur dəhlizinin hər iki ucunda nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı bəyanatını şərh edərkən deyib ki, Ermənistan kommunikasiyaları açmağa hazırdır, lakin onlar ölkə qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməlidir.
“Bizim cavabımız birmənalıdır və Laçın dəhlizinin bağlanmasından dərhal sonra bunu bəyan etdik. Laçın dəhlizinin fəaliyyəti Azərbaycan prezidentinin də imzaladığı üçtərəfli sənəddə razılaşdırılıb.
Laçın dəhlizilə bağlı güc tətbiqilə və ya onun tətbiqinə dair hədələrlə yeni danışıqlar bizim üçün qəbuledilməzdir”, – Mirzoyan deyib.
Eyni zamanda, “Ermənistan istənilən an yolları aça bilər, ancaq bu, bütün yolların keçdikləri ölkələrin suverenliyi və qanunvericiliyi çərçivəsində fəaliyyət göstərəcəyi razılaşdırıldıqdan sonra baş verə bilər”, -Mirzoyan sözlərinə davam edib.
Tarix: 22-02-2023, 22:36