“Laçın yolunda sərhəd-keçid postu qurulmasa, müstəqilliyimiz şübhə altda qalacaq...”
“Nə texniki nəzarət, nə texniki avadanlıq, nə skaner, nə rentgen, nə lazer – bunlar hamısı boş-boş şeylərdir...”
“Biz kiçik də olsaq, müstəqil dövlətik. Müstəqil dövlət də həm quru, həm hava sərhədlərini bağlayaraq onlara dəqiq, mütəmadi, operativ nəzarət etməlidir. Dünyanın heç bir yerində hansısa sülhməramlıya ərazisində olduğu dövlətin sərhədinə nəzarət etmək icazəsi, hüququ verilmir...” “Rusiya tərəfi Qarabağ və Laçın yolu məsələsində bizim başımızı qatır. Kimlərəsə qulaq asıb vaxtı öldürmək lazım deyil. Bu yolun Ermənistanla sərhəd hissəsində bizim hərbçilər, sərhədçilər dayanmalıdır, bu sərhədin gömrüyü-filanı olmalıdır. Laçında mütləq sərhəd-keçid məntəqəsi qurulmalıdır. Oradan Azərbaycan ərazisinə giriş-çıxış digər ölkələrlə sərhədlərimizdəki kimi eyni qayda-qanunla tənzimlənməlidir. Nə texniki nəzarət, nə texniki avadanlıq, nə skaner, nə rentgen, nə lazer – bunlar hamısı boş-boş şeylərdir”.
SİAM.AZ bildirir ki, bu fikirləri
Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, keçmiş tabor komandiri, döyüşçü polkovnik Azay Kərimov ifadə edib.
“Bilirsiz, hər bir strateji dövlət işində, xidmətində insan faktoru olmalıdır. İnsan faktoru olmayan yerdə heç vaxt, düzgün nəzarət, nizam-intizam, təhlükəsizlik ola bilməz. Bir sözlə, Laçın yolunda sərhəd-keçid məntəqəsi qurulmasa, Azərbaycanın müstəqilliyi şübhə altında qalacaq. Nə yolla olur-olsun, bunu etmək lazımdır. Biz müstəqil dövlətik və bütün dünya ölkələri, beynəlxalq təşkilatlar bizim ərazi bütövlüyümüzü, sərhədlərimizi tanıyır. Təkrar edirəm, biz kiçik də olsaq, müstəqil dövlətik. Müstəqil dövlət də həm quru, həm hava sərhədlərini bağlayaraq onlara dəqiq, mütəmadi, operativ nəzarət etməlidir. Dünyanın heç bir yerində hansısa sülhməramlıya ərazisində olduğu dövlətin sərhədinə nəzarət etmək icazəsi, hüququ verilmir. Sülməramlının funksiyası yalnız münaqişə tərəfləri arasında sülhü, təhlükəsizliyi təmin etməkdir. Biz qəti olaraq bəyan etməliyik ki, Laçın yolundakı sərhədimizdə nəzarət -keçid məntəqəsi qoyuruq; kim razılaşır, razılaşsın, razılaşmır – özü bilər”- deyə polkovnik vurğulayıb.
Tarix: 3-03-2023, 08:41