Bu gün baş verən erməni təxribatı nəticəsində qarşı tərəfin itkiləri açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə bu barədə “Artsaxın Daxili İşlər Nazirliyi” məlumat yayıb.
Bildirilib ki, 3 “polis əməkdaşı” həlak olub:
“Polkovnik-leytenant” Armen Mayoroviç Babayan,
“Mayor” David Valeryeviç Danielyan,
“Leytenant” Ararat Telmanoviç Qasparyan.
Qeyd olunub ki, “leytenant” Davit Aşoti Hovsepyan isə güllə yarası alıb.
Qeyd edək ki, bu gün Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.
Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.