Azərbaycan Laçın yolunu tikməyib ki hansısa separatçı şellənsin... - HƏQİQƏTƏN DƏ...

Azərbaycan Laçın yolunu tikməyib ki hansısa separatçı şellənsin...
Azərbaycan Xarici İşlər və Müdafiə Nazirliklərinin bəyanatları, o cümlədən Ombudsmanın dünənki açıqlaması birmənalı şəkildə Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması vacibliyindən xəbər verir.

Bu o deməkdir ki, qərar verilib, yaxın günlərdə Laçın yolunda sərhəd və gömrük postları qurulacaq. Bu işin asan olmayacağı bəllidir. Bir tərəfdən məsələnin hərb-texniki tərəfləri həll edilməli, digər tərəfdən bu çalışmalar bölgədəki Rusiya hərbi kontingenti ilə toqquşmadan baş verməlidir. Şuşa kimi istehkam şəhəri işğaldan qurtardıqsa, yolda sərhəd və gömrük postları qurub sərhədi nəzarətə götürməyi də bacaracağıq.

Elxan Şahinoğlu 

Siam.az
Tarix: 6-03-2023, 08:42
Xəbəri paylaş





Xəbər lenti