Ordumuz Xankəndi stadionundan 5 kilometr məsafədə... – Erməniləri dəhşətə salan detal

Ordumuz Xankəndi stadionundan 5 kilometr məsafədə... – Erməniləri dəhşətə salan detal

Dünən Qarabağa silah daşıyan terrorçuların təxribatı nəticəsində qarşıdurmanın baş verdiyi ərazi erməniləri qorxuya salıb.

Hurriyyet.az 
xəbər verir ki, erməni mənbələr toqquşmanın Xankəndi ərazisində olduğunu yazır.

Ermənistan parlamentinin deputatı Tiqran Abramyan bildirir ki, bu toqquşma Azərbaycan Ordusunun Xankəndi ətrafında ilk əməliyyatıdır.

“Hadisənin baş verdiyi Xəlfəli kəndi Xankəndinin 3 kilometrliyində yerləşir. Toqquşmanın episentri Xankəndinin mərkəzinə, belə deyək ki, şəhər stadionuna 5,5 kilometr məsafədədir. Bu o deməkdir ki, Azərbaycan ordusu Xankəndinin “burnunun dibindədir” və istənilən vaxt şəhərə daxil ola bilər”, - Abramyan iddia edib.

Qeyd edək ki, erməni terrorçular Ermənistandan gətirdikləri silahları Azərbaycan ərazisinə keçirmək məqsədilə Laçın yolundan kənardakı torpaq yoldan istifadə edib. Ordumuz bunun qarşısını almaq istəyərkən terrorçular atəş açıb. Nəticədə iki hərbçimiz şəhid olub. Üç erməni terrorçu məhv edilib, biri yaralanıb.
Tarix: 6-03-2023, 13:23
Xəbəri paylaş





Xəbər lenti