Bizim ayağımıza gəlməyən Volkov ermənilərin ƏMRİNDƏDİR... - Bu sarıqulaq sürüsünü evə yollamağın vaxtıdır...
Xəbər verdiyimiz kimi, dünən - martın 7-si günortadan sonra Qarabağda məskunlaşmış bir qrup erməni martın 5-də Turşsu-Xəlfəli-Xankəndi yolundakı təxribatlarına cavab olaraq Azərbaycan hərbçiləri tərəfindən separatçı-terrorçu "polis"lərin zərərsizləşdirilməsinə guya Rusiya "sülhməramlı”larının hərəkətsizlik nümayiş etdirməsinə etiraz olaraq aksiya keçirib..
Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonundakı separatçı-terrorçu rejimin "dövlət naziri" Qurgen Nersisyanın Xocalı hava limanında "sülhməramlı"larla, sonra isə erməni etirazçılarla görüşündən sonra "fəal"lar aeroport binasının blokunu açıblar, "sülhməramlı"lar isə yaxınlıqdakı magistral yolda hərəkətə qoyulan məhdudiyyətləri aradan qaldırıblar.
Siam.az moderator.az-a istinadla xəbər verir ki, bu haqda "Kavkazski uzel" nəşri məlumat yayıb.
Xəbərdə deyilir ki, axşam saat 18.00-dan sonra qondarma "dövlət naziri" Qurgen Nersisyan hava limanına gəlib. Nersisyan Rusiya "sülhməramlı" kontingentinin komandanlığı ilə görüşdükdən sonra aksiya iştirakçıları ilə də görüşüb. Bundan sonra hava limanına çıxış və girişlər blokdan çıxarılıb, Əsgəran-Xankəndi yolu avtomobillərin hərəkəti üçün tamamilə azad edilib.
"Sülhməramlılar"ın komandanlığının yerləşdiyi Xocalı hava limanında keçirilən aksiya yerli vaxtla saat 20.00-da başa çatıb.
Etiraz aksiyasının təşəbbüskarlarından biri David Kahramanyan bildirib ki, aksiya planlaşdırıldığı kimi bir neçə saat davam edib, lakin "sülhməramlı"ların komandanlığının nümayəndələri etirazçıların qarşısına çıxmayıb.
"Rusiya tərəfinin müraciətlərinin əks olunduğu plakatlarımız çəkilib və lentə alınıb. Bundan başqa, dövlət naziri tələblərimizi Rusiya sülhməramlı kontingentinin komandanlığına da çatdırıb. Və ümid edirik ki, sülhməramlılar Azərbaycan tərəfinin təxribatını dayandırmaq, 9 noyabr 2020-ci il tarixli üçtərəfli sənəddə qeyd edildiyi kimi, Artsax xalqının ") dinc və təhlükəsiz yaşayışını təmin etmək, üçün əllərindən gələni edəcəklər"- Kahramanyan belə deyib.
P.S. Erməni separatçı-terrorçularının Rusiya hərbçilərinin gözü qarşısında törətdiyi qanlı 5 mart təxribatından sonra baş verənlərin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hayların Rusiya "sülhməramlı"larına qarşı(?) dünənki aksiyası da, qondarma "dövlət naziri"nin oraya gəlib general Volkovla görüşməsi də ümumi planın tərkib hissəsi olub... Göründüyü kimi, "sülhməramlı"ların ərazidən çıxarılması yox, "öz vəzifələrini yerinə yetirməyi" tələb edilir...Yəni Kreml elə təəssürat yaratmağa çalışır ki, guya "sülhməramlı"lar separatçı-terrorçulara heç bir dəstək vermirlər, amma onun hərbi gücü Qarabağda olmasa, hər iki tərəfdən daha böyük qırğınlar baş verə bilər, "sülhməramlı"ların burada olması zərurətdir... Və bununla da indidən sözügedən hərbi kontingentin Azərbaycan ərazisində qalma müddətinin uzadılmasına zəmin yaradılır...