Polkovnik: Vəziyyət pisdir və müharibə hər an başlaya bilər



“Türkiyənin Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfərə gəlməsi dostları sevindirdiyi kimi, düşmənlərimizi qorxuya salıb”.
 
Bu sözləri Redaktor.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov avqustun 12-də Türkiyə Müdafiə naziri  Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfərə gəlməsi haqda danışarkən deyib. O bildirib ki, bu səfər iki ölkənin birlik və bərabərlik içərisində olduğunu bütün dünyaya göstərir:
 
“Dağlıq Qarabağla bağlı hazırda region təhlükəlidir, hər an müharibə ola bilər. Regionun sakitləşməsi ancaq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilr. Ümumilikdə işğal altındakı torpaqların ətrafında gedən proseslər onu göstərir ki, bu münaqişənin həll etməyin vaxtı çatıb. Dağlı Qarabağ məsələsi həll olunmayana qədər regionda çoxlu problemlər ortaya çıxacaq. Fikir versəniz, böyük dövlətlər bəzən maraqlarını təmin etmək üçün qaynar nöqtələrdən istifadə edirlər. Biz bunu Suriyada, Liviyada görürük. Dağlıq Qarabağın işğal altında qalması, təkcə Azərbaycan üçün yox, bütövlükdə region üçün çox böyük təhlükə mənbəyidir. Qardaş Türkiyə də bunu yaxşı başa düşür və bu baxımdan bütövlükdə regionda sabitliyi qorumaq üçün Azərbaycana öz dəstəyini verir”.

 
Ekspert Türkiyənin Azərbaycanın yanında olmasını vacib hesab edir:
 
“Ermənistan Rusiyaya arxalanır və bütün təhlükəsizlik məsələlərinə Moskvanın prizmasından baxır. Azərbaycan üçün də  güclü bir qardaşının olması vacib amildir.
 
Bütün dünya bilir ki, Azərbaycanın məqsədi sadəcə torpaqlarını işğaldan azad etmək, öz torpaqlarından didərgin düşən insanları evlərinə geri qaytarmaqdır. Amma Ermənistanın arxasında dayanan qüvvələr bizim bu məqsədə çatmağımıza imkan vermir. Azərbaycana Türkiyənin dəstək olması regionda bir çox problemlərin, xüsusilə Dağlıq Qarabağın işğaldan azad olunmasında mühüm rol oynayacaq.
 
Həmçinin, Türkiyə kimi böyük bir dövlətin bu gün açıq şəkildə Azərbaycanın haqq davasını dəstəkləməsi düşmənə, onun havadarlarına bir mesajdır. Bu birlik düşmənin canına qorxu salır. Onlar hərbi təlimlərin başladığı ilk gündən qorxu narahatllıq içərisindədirlər.
 

 
Amma istər Azərbaycan, istərsə də Türkiyə hər zaman regonda sülhü və sabitliyi qorumağa çalışıb.
 
Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana gəlişinin məqsədlərindən biri də budur”.
 
Ş. Ramaldanov Azərbaycanın təkbətək döyüşə hazır olduğunu bildirib:
 
“Azərbaycan hər zaman Ermənistanla təkbətək döyüşə hazırdır. Bunu dəfələrlə ölkə başçısı Prezident İlham Əliyev də vurğulayıb. Azərbaycan və Ermənistan təkbətək müharibəyə başlasa, ordumuz qısa zamanda düşmənin ordusunu darmadağın edib, torpaqlarımızı işğaldan azad edər. Buna heç kimin şübhəsi olmasın!
 
Amma düşmən o qədər qorxaq və ikiüzlüdür ki, bunu qəbul etmir və öz təxribatlarına davam edir”.
Tarix: 18-03-2023, 21:52
Xəbəri paylaş





Xəbər lenti