Qarabağ məsələsi üçün iki yol: Azərbaycan bu variantı seçib


Azərbaycanla Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanınmaması ilə bağlı bir neçə vacib məqam mövcuddur. Sözsüz ki, burada itirən tərəf Ermənistan olacaq. Azərbaycan analoji olaraq Ermənistanın ərazi bütövlüyünü tanımır və sərhədləri bağlı saxlayır. Eyni zamanda Azərbaycanla həmrəy olan Türkiyənin də Ermənistanla sərhədləri bağlı qalıb. Nəticədə qarşı tərəfin nə vaxta qədər bu durumda yaşamaq imkanlarına diqqət çəkmək lazımdır.
 
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
 
O qeyd edib ki, Azərbaycan ərazi bütövlüyü çərçivəsində Qarabağda yaşayan erməni icması ilə dialoq aparıb və burada mühüm işlər görəcək:
 
“Bunun üçün Qarabağda yaşayan erməni icmasının Azərbaycana inteqrasiyası ilə bağlı müxtəlif üsullardan istifadə edilə bilər. Burada xoş və yaxud digər davranışlar sözsüz ki, bizim daxili işimizdir”.
 
Politoloq hesab edir ki, Azərbaycan tərəfi olaraq Qarabağ məsələsini daha çox Rusiyanın iştirakı ilə həll etməlidir:
 
“Ermənistan isə özü bilər. Fransa yaxud Rusiya və başqa bir dövlətlərlə əməkdaşlıq etməkdə sərbəstdir. Eyni zamanda Ermənistanın Azərbaycan tərəfindən sülhəməcburetmə əməliyyatlarının icra etməsi məsələsi də aktualdır. Ola bilsin bu variant kimlərinsə, xüsusən də Qərbin xoşuna gəlməyə bilər. Amma hər bir halda burada iki mühüm yanaşma mövcuddur. Azərbaycan bunun ikisindən birini edəcək”.
Tarix: 21-03-2023, 13:56
Xəbəri paylaş





Xəbər lenti