Rusiya Müdafiə Nazirliyi də təsdiqlədi: Azərbaycan ordusu… - DETALLAR

Rusiya Müdafiə Nazirliyi də təsdiqlədi: Azərbaycan ordusu…
Azərbaycan ordusunun Qarabağdakı separatçıların silah-sursat daşımaq üçün istifadə etdiyi gizli yollara nəzarəti təmin etdiyini terrorçu rejimin ardınca Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.

Siam.az musavat.com-a istinadla xəbər verir ki, Qarabağdakı Rusiya hərbçilərinin komandanlığına istinad edən Rusiya MN Azərbaycan Silahlı Qüvvələrinin “yüksəkliyi ələ keçirərək postu təchiz etməyə başladığını” açıqlayıb.

Bildirilir ki, Azərbaycan ordusu Sarıbaba dağının 2,9 km şimal-şərq istiqamətində irəliləyib və istehkam işlərini həyata keçirib.
Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində deyilir ki, RHK komandanlığı “böhranlı vəziyyətin gərginləşməsinin qarşısını almaq və təxribatların qarşısını almaq üçün tədbirlər görür”.

“Dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl olunması, mühəndis-texniki işlərin dayandırılması və milli silahlı qüvvələrin bölmələrinin əvvəllər tutduqları mövqelərə çıxarılması üçün tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı Azərbaycan tərəfinə tələb irəli sürülüb”-məlumatda belə bir cəfəng iddia əksini tapıb.

Əlavə olunub ki, atəşkəs rejiminin bir dəfə pozulması Xocavənd (Rusiya MN bu dəfə də “martuni” yazıb-M.) rayonu ərazisində də qeydə alınıb. İtki yoxdur, araşdırma aparılır.
Tarix: 25-03-2023, 22:41
Xəbəri paylaş





Xəbər lenti