"Xəbərdarlıqların vaxtı bitib, Azərbaycanın problemi özü həll etməsi qaçılmazdır"
3 il keçməsinə baxmayaraq Rusiya sülhməramlıları hələ də öz funksiyası və vəzifələrini layiqincə yerinə yetirmir. Son günlər qeyri qanuni erməni hərbi birləşmələrinin atdığı addımlara göz yumulması adı “sülhməramlı” olan bu missiyanın da mövcudluğunun əməli nəticələrinin olmadığını göstərir”. Bunu deputat Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Azərbaycan öz torpaqlarının bir qarışından belə vaz keçməyəcini dəfərələrlə bütün dünyaya sübut edib: "Necə ki, BMT TŞ-nin qətnamələrini 44 günlük Vətən müharibəsində öz gücünə, hərbi yolla həll etdisə, 10 noyabr Bəyannaməsini də bu yolla həll etmək iqtidarındadır. Artıq 3 ildir ki, biz müxtəlif platformalardan həm Ermənistan rəhbərliyinə, həmçinin də Rusiya Federasiyasına xəbərdarlıqlar etmişik. Ermənistanın Azərbaycan torpaqlarında atdığı bütün addımlar Azərbaycanın nəzarətindir. Bununla bağlı bəyanatlar, müraciətlər səsləndirilsə də nəticə o qədər də müsbət olmayıb. Artıq bu xəbərdarlıqların vaxtı bitib.
Görünür, Ermənistan Azərbaycan qədər sülh müqaviləsinin imzalanmasına maraqlı deyil. Ermənistan tərəfi məğlub durumda olduğundan bu müqavilənin imzalanmasının vaxtını uzatmaq üçün müxtəlif yollara əl atır. Təəssüflər olsun ki, Rusiya sülhməramlı qüvvələri də onların bu əməllərinə bəzən göz yumur, yaxud da özu vasitəçilik edir. Ona görə də artıq Azərbaycanın yenə öz problemini özü həll etməsi qaçılmazdır. Odur ki, biz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun gücünə inanırıq”.
APA
Tarix: 26-03-2023, 12:33