"Qarabağda irəliləməyə davam edə bilərik" - Politoloq


“Məlum olduğu kimi, Rusiya Müdafiə Nazirliyi Qərbi Zəngəzurda Ermənistanla birgə hərbi təlimlər keçirib. Bu təlimlər Azərbaycanın əleyhinədir. Kreml bununla demək istəyir ki, Baş nazir Nikol Paşinyanın siyasətindən narazı qalsa da, Ermənistanın Azərbaycan qarşısında gücsüz qalmasını istəmir”.
Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, buna baxmayaraq, Kreml-İrəvan münasibətləri öz tarixinin ən soyuq dövrünü yaşayır ki, bu, Azərbaycanın maraqlarına uyğundur:

"Hazırki vəziyyət Azərbaycanın xeyrinədir. Erməni separatçıları bilirlər ki, Qarabağda Rusiyasız “fəaliyyət”lərinə davam edə bilməyəcəklər. Kremlin Rusiya hərbi kontingentinə verdiyi hazırkı tapşırıq bundan ibarətdir ki, Azərbaycan hərbçiləri ilə toqquşmamalıdırlar. Bu, erməniləri ciddi narahat edir. Çünki erməni separatçıları Rusiya hərbi kontingentinin Azərbaycan hərbçilərini dayandırmasını istəyir. Ancaq onlar bu istəklərinə nail ola bilmirlər. Bu baş vermədiyinə görə, erməni separatçılarının Rusiyadan məyusluğu artır. Bu o demək deyil ki, Rusiya Azərbaycanın maraqlarına uyğun hərəkət edir, sadəcə biz Qarabağda hədəflərimizə doğru irəliləməkdə davam edə bilərik”.

Tarix: 29-03-2023, 13:49
Xəbəri paylaş





Xəbər lenti