“Qoşunlar geri çəkilib, sərhədi başqaları qoruyacaq“ - Paşinyan

“Qoşunlar geri çəkilib, sərhədi başqaları qoruyacaq“ - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanı Qarabağa birləşdirən marşrutun dəyişdirilməsi barədə məlumat verib.
Siam.az xəbər verir ki, 2022-ci ilin avqustuna aid razılaşmaya əsasən, Laçın dəhlizinin marşrutu dəyişdirilib, yeni yol istifadəyə verilib.
Baş nazir bildirib: “Laçın dəhlizini Ermənistan Respublikası ilə birləşdirən yol tam hazır olmadığı üçün Kornidzor körpüsü ilə Ermənistan Respublikasının ərazisinə, daha sonra Azərbaycan ərazisinə, daha sonra yenidən Ermənistan ərazisinə daxil olan müvəqqəti marşrut işə salınıb. Bu razılaşmaya əsasən, həmin marşrut 2023-cü il aprelin 1-dək fəaliyyət göstərməlidir”.
Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycan tərəfini məlumatlandırıb ki, Kornidzor körpüsündən sonra yol yalnız Ermənistan ərazisindən keçəcək və sərhəd qoşunları həmin ərazidə Ermənistan sərhədinin dövlət mühafizəsini öz üzərinə götürəcək.
Paşinyan bildirib: “Sərhəd qoşunları Ermənistan sərhədində, indiyə qədər Müdafiə Nazirliyinin bölmələrinin yerləşdirildiyi mövqelərdə yerləşdiriləcək”.
yenisabah.az
Tarix: 30-03-2023, 15:24
Xəbəri paylaş





Xəbər lenti