“Tarlamdakı buğdanı kökündən qoparıb orada səngər qazırlar” - Düşmən başını itirib...
Laçın yolunun dəyişdirilməsi ilə bağlı son olaylarla bağlı Ermənistan müxalifəti Nikol Paşinyanı ittiham edir. Deyirlər ki, yerdəyişmə nəticəsində Azərbaycan Ordusu 100-300 metr Ermənistan ərazisinə daxil olub. DİA.AZ bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Adının açıqlanmasını istəməyən Tex sakinlərindən biri bildirib ki, o, cümə axşamı 2 hektarlıq buğda tarlasına artıq girişi olmadığını aşkar edib: “Azərbaycan əsgərləri indi mənim buğdalarımı kökündən qoparıb orada səngər qazırlar”, kənd sakini “Azadlıq” Radiosunun erməni xidmətinə deyib.
Keçmiş müdafiə naziri, hazırda “Hayastan” alyansının parlament qrupuna rəhbərlik edən Seyran Ohanyan deyib: “Aydındır ki, bu, Ermənistan hakimiyyətinin həm siyasi, həm də hərbi sahədə böyük uğursuzluğudur”.
Tarix: 1-04-2023, 12:14