Erməni korpus komandiri qaçarkən arxadan vurulub - İrəvan qarışdı

Erməni korpus komandiri qaçarkən arxadan vurulub
Ötən gün sərhədin Laçın rayonu istiqamətində baş verən erməni təxribatı nəticəsində qarşı tərəf ciddi itki verib. Düşmənin 4 əsgəri məhv edilib, 6 hərbçisi isə ölümcül yaralıdır.

SİAM.AZ yenisabah.az-a istinadla xatırladır ki, yaralananlar arasında Ermənistan Əlahiddə Ümumqoşun Korpusunun komandiri, polkovnik Armen Gözəlyan da var.

Korpus komandirinin hansı şəraitdə yaralanması sosial şəbəkələrin erməni seqmentində ciddi müzakirələrə səbəb olub. Erməni “Telegram” kanalları A.Gözəlyanın döyüş mövqeyini qoyub qaçarkən ombasından yaralandığını iddia edirlər. Bu iddia İrəvanı əməlli-başlı qarışdırıb. Erməni cəmiyyəti Paşinyan hökumətini qorxaq və fərari komandiri ön cəbhəyə göndərməkdə suçlayır.

Xatırladaq ki, A.Gözəlyan cari ilin fevral ayının 1-də Ermənistan prezidentinin sərəncamı ilə korpus komandiri vəzifəsinə təyin olunub. O, bu vəzifəyə kimi Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb.
Tarix: 12-04-2023, 10:35
Xəbəri paylaş





Xəbər lenti