Erməni katolikos yeni “Vazgen” rolunda: “Xalq Qarabağın Azərbaycana verilməsiylə barışmayacaq”


“Qarabağ problemi erməni xalqını narahat edən ən mühüm məsələdir və bu baxımdan Qarabağ ermənilərinin azad, müstəqil yaşamaq hüququnun nəyin bahasına olursa-olsun qorunması bir zərurətdir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə aprelin 20-də bütün ermənilərin katolikosu II Qaregin jurnalistlərlə söhbətində bildirib.
Erməni katolikos Nikol Paşinyanın “Ermənistanın Madrid prinsiplərinə görə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb”  sözlərinə də münasibət bildirib: “Biz bu cür bəyanatların məqsədəuyğun olduğuna və hər hansı şəkildə nizamlanmaya töhfə verə biləcəyinə inanmırıq”.
Qarabağın Azərbaycanın bir hissəsi ola biləcəyi məsələsinə isə II Qaregin belə cavab verib: “Mən Qarabağın Azərbaycanın bir hissəsi ola biləcəyini təsəvvür edə bilmirəm”.
II Qaregin Paşinyan hökumətinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyacağını göstərən sülh müqaviləsi imzalaması halında kilsənin hansı mövqe tutacağını bəlli edib və təkrardan qızışdırıcılıq funksiyasını üzərinə götürəcəyini indidən büruzə verib:
“Erməni xalqı Qarabağı Azərbaycanın bir hissəsi kimi görmək ideyasını qəbul etməyəcək. Biz sülh müqaviləsinin maddələri, bəndləri ilə tanış deyilik və bu məsələ ilə bağlı fikir bildirə bilmərik. Lakin şübhə yoxdur ki, erməni xalqı Qarabağı əvvəl verilən bütün qurbanlar naminə qoruyacaq”.
Tarix: 20-04-2023, 23:17
Xəbəri paylaş





Xəbər lenti