Azərbaycan dövləti 2022-ci ilin 12 dekabrından – Laçın yolundakı dinc aksiya başlayandan bəri daha da sürət götürən təzyiq dalğasına, saxta iddialara, müxtəlif platformalarda qəbul olunan qətnamələrə, bəyanatlara mətinliklə sinə gərdi, qətiyyət nümayiş etdirdi. Bütün bu qətiyyətin sonunda məntiqi sonluğa nail oldu, 2023-cü ilin 23 aprelində Laçın yolunun girişində Azərbaycan əsgəri post qurdu, sərhədçilərimiz dövlətimizin Ermənistan istiqamətində on illərdir karvansaray qapısına çevrilmiş qapısına əbədi nəzarətini təmin etdi! Bir azdan gömrük postu da qurulacaq, ölkəmizin bu istiqamətindəki qapısında da ali qanun hakim olacaq artıq!
Qaraniyyətli qara qarğaların hərəkətə keçəcəyi, hay-küyə başlayacağı gözlənilən idi. Bütün planları pozuldu axı, onlar belə gözləmirdilər, güman edirdilər ki, Azərbaycan dövləti xarici basqılardan çəkinəcək, nə hərb, nə sülh şəraitində Laçın yolu da şərə xidmət göstərməkdə davam edəcək, Ermənistan Qarabağa silah-sursat, qanunsuz yüklər daşıyacaq, geriyə də sərvətlər daşınacaq, beləcə talançılıq davam etdiriləcək...Olmadı, bu dəfə baş tutmadı niyyətləri. Odur ki, quduza dönüblər.
Diqqət edin, ötən həftə baş nazir Nikol Paşinyanı Qarabağ siyasətinə, həmçinin Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq niyyətinə görə tənqid edən və hətta Ermənistanın hökumət başçısından tərs şapalaq alan bütün ermənilərin katolikosu II Qaregin yenə də qarğa-quzğun xislətinə sadiqlik nümayiş etdirib. Həmin bu “din xadimi” şərə xidmət üçün dünyaya gəldiyini bir daha təsdiqləyərək, Laçın dəhlizində Azərbaycanın keçid məntəqəsinin quraşdırılmasını pisləyib. Erməni saxtakarlığının əsas məkanında - Tsitsernakaberd memorial kompleksində II Qaregin jurnalistlərə bildirib ki, “Bakının məqsədi erməniləri Dağlıq Qarabağdan qovmaq və ona sahib olmaqdır”. Kaftarlığın idbar nümunəsidir! Ay sən öləsən! Harda gördün Bakının erməniləri qovmasını? Bəlkə Bakıdan qovulanda şahidi oldun, ay erməni əsgərlərin meyiti üzərinə iti caynaqları ilə leşyeyən qarğasayağı qonub, fəlakətlərin, faciələrin davamından zövq alan qaniçən?!
Düz 13 il əvvəlin 26 aprelində Qaregin Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Bakıya gəlmişdi, Ümimdünya Din Xadimlərinin Sammitində iştirak üçün. “Gülüstan” sarayında çıxış etdi, dünyadakı müharibə və terrorizmə son qoyulmalı olduğunu bildirdi. “Din xadimlərinin borcu dünyada, regionda mövcud ekoloji və milli münaqişələrin həllinə kömək etməkdir”-söylədi. Sonra da Qarabağdan danışarkən “necə xoşbəxt bir gün olardı ki, regiondakı bütün sərhədlər açılardı və münaqişələr həll olunardı”-demişdi.
Bu gün Qareginin guya arzuladığı vəziyyət hökm sürür, Azərbaycanın sayəsində! Elə isə niyə sevinmir? Nədən özünü xoşbəxt saymır? İllər boyunca ermənilərin törətdiyi cinayətləri “təbii” sayan həmin bu Qaregin Azərbaycan dövlətinin yolların açılması, kommunikasiyaların bərparı, əlaqələrin qurulması, bölgəyə hüzurun gəlməsi üçün birtərəfli təşəbbüslərini caynaqları ilə qarşılayır, hikkəsindən cilov gəmirir.
Baş katalikosun azacıq vicdanı olsaydı, Azərbaycanın bu təşəbbüsünü qiymətləndirər, o da öz tərəfindən Paşinyan hökumətinə daha qətiyyətlə sülhün bərpası istiqamətində addım atmağa dəstək verərdi, daha onsuz da erməni revanşistlərin terrorundan ehtiyatlanıb, sülhə doğrju bir addım irəli, iki addım geri atan, qorxusundan mühafizəsini ikiqat artıran baş nazirin üstünə getməzdi.
Görün Qaregin Nikol Paşinyanı hansı həddə çatdırdı ki, baş nazir “əgər kilsənin hökumətlə münasibətləri pisdirsə, deməli, onun Allahla münasibətləri pisdir”-söyləyib. Paşinyan qeyd edib ki, kilsə öz mahiyyəti barədə düşünməlidir. Erməniçilik tarixində hələ belə bir şey olmamışdı, artıq Ermənistanın hökumət başçısı da erməni xilsəsindən, o QAN ÇANAĞI Eçmiədzinin qarışdırıcılığından, fəlakətləri tətikləməsindən bezib! Özünü din xadimi adlandıranların qana bu qədər susaması hətta Paşinyan kimi birisini də boğaza yığıb.
Azərbaycanın özünün giriş-çıxış qapısında sərhəd-buraxılış məntəqəsi qurmasına hətta Ermənistan rəsmilərindən bu qədər sərt etiraz gəlməyib, onlar reallığı anlamağa başlayırlar, həmçinin anlayırlar ki, davam etsələr, daha da pis olar vəziyyət. Nikol Paşinyan bu gün 29,8 min kv.km-lik Ermənistanın hayındadır, başa düşür ki, yenə yolunu azsa, Azərbaycan əsgəri Laçın qapısından Şahbuzadək yolçuluğu başlaya bilər. Erməniləri qara günə qoymaq missiyasını üzərinə götürmüş Qaregin isə hələ də köhnə küllüklərdə eşələnir, “yem” axtarır. Erməni hərbçilərin valideynləri “Yerablur”da, bir hissəsi də hökumət qapılarında...
İllər öncənin aprelində Bakıdakı erməni kilsəsində olarkən, burada erməni dilində olan 5 min kitabı öz gözləri ilə görüb. Gərək bundan sonra lal olaydı, heç olmasa şərləmə yolundan daşınaydı. Heç olmasa bir müddət əvvəl yolu azıb, Ermənistan ərazisinə keçən əsgərlərimizin qolubağlı işgəncələrə məruz qoyulmasına, Azərbaycan bayrağının idman yarışında yandırılmasına qarşı çıxaydı...Amma əvəzində “biz Dağlıq Qarabağda yaşayan ermənilərə qarşı vaxtaşırı həyata keçirilən bu cür qeyri-insani hərəkətləri pisləyirik”-bəyanatı verir bu, qara qarğa. Qarabağdakı ermənilərə nə olub ki?
Azərbaycan Prezidenti bu günlərdə bir daha bəyan etdi: Qarabağdakı erməni sakinlər Azərbaycan vətəndaşlarıdır, kim əksini düşünürsə, yol açıqdır! Hətta onlara münasibətdə də humanist siyasət ortada, yol separatçı-terrorçuların da üzünə bağlanmayıb, Azərbaycan qana son qoyulmasını istəyir! Bu günlərdə Qarabağ ermənilərinə 300 ton yardım göndərən erməni keşişləri, Katolikos başda olmaqla onları yenə də qana sürükləyirlər!
Bunu onlar seçdi-qara keşişlər, 44 günlük müharibədə əliavtomatlı döyüşlərə qatılan qara qarğalar! Amma bircəciyi ölmədi nədənsə...Deməli, sadəcə şəkil çəkdirib, aradan çıxıblar. İndi Qaregin yenə ocağı körükləmək istəyir. Qarabağ erməniləri yaxşı-yaxşı düşünsünlər, Qaregin faktiki olaraq qara gün çağırışı edib. Günün sualı budur: it hürən tərəfə gedirsiniz, yoxsa işıq gələn tərəfə?
Elşad PAŞASOY